Menu
Geri İrəli

Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin inzibati binası yeni görkəmdə – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 1,728 dəfə • Şərh yoxdur

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Nəriman Nərimanov küçəsində – ondördmərtəbəli binanın qarşısında yerləşən idarənin həyətyanı sahəsində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, əraziyə müxtəlif növ mövsümi güllər əkilib. Vətəndaşlar üçün istirahət güşəsi yaradılıb, oturacaqlar quraşıdırlıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və aidiyyəti qurumun nümayəndələri idarədə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Şəhər rəhbərinə binada aparılan əsaslı təmir işləri haqqında ətraflı məlumat verilib. Zakir Fərəcov Memarlıq və Şəhərsalma İdarəsində görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, bu idarənin binası uzun illər idi ki, təmir olunmurdu və yaxşı vəziyyətdə deyildi. Bir neçə ay bundan əvvəl başlayan tikinti işlərinin sonunda bina tam yeni görkəm alıb və ərazinin estetik görkəminə yeni rəng qatır.

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

Sumqayıtın bu binasını tanımayacaqsınız - FOTOLAR

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın