Menu
Geri İrəli

Sumqayıt Şəhər Polis İdarəsi Suriyada həlak olan şəxsin adını açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2014 • Baxış sayı: 1,286 dəfə • Şərh yoxdur

suriya-43Suriyada öldürülən daha bir azərbaycanlının adı məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı bir neçə gün əvvəl Suriyada yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Ceyhun Bayramovla birlikdə həlak olan şəxsin onun bacısının əri, “Abdul Məcid” ləqəbli Ağakişiyev Aydın Rais oğlu olduğu müəyyənləşib.

APA A. Ağakişiyevin ölümündən əvvəl çəkilən fotosunu da əldə edib.

Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan bir neçəsinin Sumqayıt sakini olduğu məlum olub.

APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.

Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.

C. Bayramov yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın