Menu
Geri İrəli

Sumqayıt şəhər sakini dələduzluq faktına görə Lənkəranda tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2014 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakini dələduzluq əməlinə görə saxlanılıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi Famil Həsənov verib. Onun sözlərinə görə, Lənkəran rayonunun Xolmili kənd sakini Mahirə Həsən qızı Xəlilova avqustun 24-də ərizə ilə polis şöbəsinə müraciət edərək, həmin gün saat 10.00 radələrində şəhərin mərkəzi bazarında meyvə-tərəvəz satarkən 2 nəfər şəxsin müştəri qismində yaxınlaşıb heç nəyə yaramayan mikrosxemi ona verməklə 150 manat pulunu mənimsədiyini bildirib. Həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlin Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseyn Çalpapaq oğlu Nuriyevin Məmmədov soyadlı tanışı ilə törətdiyi müəyyənləşdirilib. İlkin araşdırmalardan həmçinin H. Niriyevin Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi, Məmmədov soyadlı tanışı ilə Lənkəranla yanaşı, respublikanın digər şəhər və rayonlarında da eyni dələduzluq əməlləri törətməklə ayrı-ayrı şəxslərin pullarını mənimsədiyi də məlum olub.

H.Nuriyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılırb3f8626b3b207d4ef4a547d1d37dd8fc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın