Menu
Geri İrəli

Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2016 • Baxış sayı: 2,556 dəfə • 1 şərh
Share Button

Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur, müasir avadanlıqlarla təchiz edilir. Xəstəxana ərazisində yeni qazan və generator quraşdırılıb ki, bu da tibb ocağının fasiləsiz istilik və elektrik enerjisi ilə təminatına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, xəstəxananın dördmərtəbəli yoluxucu korpusunun kommunikasiya xətləri və döşəməsi müasir tələblərə uyğun yenilənib, havalandırma sistemi quraşdırılıb. Binanın qapı və pəncərələri dəyişdirilib. Palatalar, avadanlıqlar yenilənib. Bir sözlə, uşaqların müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.

Təmirə ehtiyacı olan digər hissədə isə yenidənqurma işləri mart ayında yekunlaşacaq.

Xəstəxananın üçmərtəbəli somatik korpusunda da təmir işləri aparılıb, istilik xətləri yenilənib. Yeni doğulmuşların reanimasiya zalında körpələrin sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şöbədə manipulyasiya və fototerapiya otağı da yenidən qurulub.

Qeyd edək ki, son bir ildə Sumqayıtda aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işləri şəhərin simasını büsbütün dəyişib. Müasir görkəm alan şəhərin tibb müəssisələri də yenilənib. Yola salmağa hazırlaşdığımız ildə Sumqayıtın bir sıra tibb ocaqları – doğum evi, şəhər poliklinikası, qadın məsləhətxanası, onkoloji xəstəxana əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması və yaradılan şərait Prezident İlham Əliyevin şəhərə olan diqqətinin bariz nümunəsidir.
1482493545102436187_1000x669 14824935451156233268_1000x669 14824935451642128585_1000x669 14824935451759932732_1000x669 14824935452016024497_1000x669 1482493545310489582_1000x669 14824935453267453535_1000x669 1482493545335935103_1000x669 14824935453688744959_1000x669 14824935454895847490_1000x669 14824935454901343763_1000x669 14824935455827346006_1000x669
TƏMİRDƏN HAZIRLANMIŞ VİDEO REPORTAJ

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt Şəhər Uşaq Xəstəxanası təmir olunur – FOTOLAR” yazısına bir cavab

  1. Kamila deyir:

    Bura cox berbad gunde idi. Tesevvur edirsiniz ora girende adam ozu xestelenirdi ele. Tesekkurler bascimiza. Gorunen odur ki Zakir muellim isleyir seheri gezir eybecerlikleri gorur ve hell edir! Var olun

Şərhinizi yazın