Menu
Geri İrəli

Sumqayıt şəhər Uşaq Xəstəxanasında rəzalət? (ŞİKAYƏT)

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2016 • Baxış sayı: 1,556 dəfə • Şərh yoxdur
Share Button
1455197477_1305468218_thermometre1“Allah heç kəsin yolunu xəstəxanadan salmasın. Bizim xəstəxanalardan heç salmasın. Son 1 həftədə Azərbaycan səhiyyəsinin nə dərəcədə çirkab içində olduğunun bir daha şahidi oldum. Allah bütün balaları saxlasın!  Gecə yarısı uşağın şiddətli ağrıları başladı və dərhal təcili yardım çağırdıq. Gəldi iynə vurdu guya ki, baxdı getdi. Uşaq yarım saat yatdı yenə qışqırıb oyandı”
Bu sözlər sumqayıtlı jurnalist Anar Xanlarovun Xeberle.com-a ünvanlandığı şikayət məktubunda yer alıb. A.Xanlarov başına gələnləri belə nəql edir:
“Təzədən təcili yardımı geri çağırdıq. Uşağı müayinə edib bildirdilər ki, xəstəxanaya aparılmalıdır. Getdik xəstəxanaya. Demək sürücü hər “svetafor”da saxlayır. Axırda hirsimdən pəncərəni döymüşəm ki, yollar boşdur. Bildirdim ki, sür də uşaq ağrıdan ölür axı! Harda görünüb ki, təcili yardım xəstə aparanda qırmızı işıqda saxlaya? Gedib çıxdıq xəstəxanaya və məlum oldu ki, Sumqayıt Uşaq Xəstəxanasının gecə növbəsinin həkimindən tutmuş, qapıçısına kimi hamısı yatıb. Xəstə gəldiyini eşidən kimi, hamısı gözünü ovuşdura-ovuşdura aşağı düşdü. Bunlar dərk eləmir ki, gecə növbəsi yatmaq üçün deyil. Ancaq bizdə belədir ki, gecə növbəsinə gedən adam bütün işini gündüz görür ki, əşi onsuz da gecə “smendə”yəm yatacam. Uşağa “kartoçka” açıldı və həkim deyir ki, 5 manat ödəyin. Deyirəm niyə ödəməliyəm?! Deyir nə bilim ödəyin də! Yox axı niyəsini bilim də. Yoxdursa, eybi yox keçin, “dejurnu” həkim qabaqdadır. Uşağı aparmışıq heç bilmirlər niyə ağlayır, o dəqiqə ağrıkəsici vurdular. Uşaq başladı daha da betər qışqırmağa dalınca ikinci ağrıkəsicini vurdular. Uşağın ürəyi partlayır qayıdır ki, 25 manat ödəniş eləyin. Anası qayıdıb ki, yoldaşım jurnalistdir, indi çağıraram izah edin görək o nə 25 manatdır?! Tez düşüblər əl-ayağa ki, yaxşı lazım deyil ödəməyin. Tutmuşuq yaxasından ki, uşaq partlayır, heç sən bilirsən ki, bu niyə ağlayır, vurduğun ağrıkəsici nədir?! Cavan qızdır, deyir ki, biz əlimizdən gələni elədik… Uşağın niyə o vəziyyətə düşdüyünü bilmir dalbadal ağrıkəsicini vurur. Axırda götürmüşük ki, başqa xəstəxanaya aparaq yolda yuxuya getdiyi üçün yenidən evə gəlmişik. Səhər yenidən həmin xəstəxanaya qayıtmışıq. Uşaq ağlayır, az qala ürəyi partlasın bunlar hələ dünən gecəki “kartoçka”nı axtarır. Bir dəfə də buna görə əsəbiləşmişik. Axırda uşağı yazıblar xəstəxanaya və baş həkim göndəriş verib ki, bütün müayinələrdən keçmək lazımdır. Əsl bazar da bundan sonra başlayıb. Kardioloqa getmişik, cavan qızlar idi gülərüz qarşıladılar, yoxladılar, kardioqramanı çıxartdılar öz-özümə deyirəm nə əcəb belə cavan həkimlər var. Sağollaşıb qapıdan çıxırıq qayıdır ki, 5 manat ödəniş eləyin. Bir anda adamın gözündə heç oldular. Demək ki, bunları gülərüz eləyən pula həvəs imiş. Səbəbini soruşuruq deyirlər – kağızın puludur. Deyirəm, sizə kağızı dövlət vermir, üzümə durur ki yox. Deyirəm, siz cibinizdən pul verib kağız alırsınız?! Özü də adi kağız nə vaxtdan 5 manat olub?! Təbii ki, o pulu verməyib otaqdan çıxdım. Qan analizi isə əsl komediya idi. Əvvəl yenə otaqda qan alıb pulu da otaqda istəyirdilər. İndi stolu qoyublar düz dəhlizin ortasına avadanlıqları da düzüblər üstünə. Xəstələr növbə ilə yaxınlaşır, qan verir, sonra qan götürən də qayıdır ki, 2 manat ödəyin. Elə hamının gözü qarşısında, açıq bazar. Səbəb soruşuram minnət vurur “yoxdursa, qalsın”. Deyirəm minnət vurma e, varımdır, amma niyə görə veməliyəm?! Sonradan eşitdim ki, baş həkim də jurnalist olduğumu bilib və tapşırıb ki, bizi çox incitməsinlər. Amma xəstəxanada yatan bütün uşaqların valideynlərindən həmin pulların hamısını alıblar. Adam özünə də nifrət elədi. Başa düşürəm, həkimlərin maaşı da qəpik-quruşdur, məcburdur xəstənin cibinə baxmağa. Amma bu o demək deyil ki, həkim yaşamağı üçün lazım olan pulunu xəstədən çıxartmalıdır?! İnanın ki, xəstələrə baxırdım, çoxu kasıb idi. Eləsi var idi ki, uşaq evə yazılıb, amma valideyn getmir ki, xəstəxana bir az istidir, gündə yemək də verirlər. Elə xəstədən necə pul istəyə bilərsən?! Sadə camaat hardan alsın o pulu sizə versin?! Körpə uşaqlar virusa yoluxub gəlib çığırtıları göyə çıxıb, bunlar qanunu tələb olunan “kartoçka”nı açıb ona görə pul tələb edirlər. Uşaq özünü “dağıdır”, bunlar 25 manat pul tələb edir. Dövlət xəstəxanasında müayinə eləyirlər hamısına görə tək-tək pul alırlar. Əsl BİABIRÇILIQ!
Bu arada xüsusən qeyd edim ki, bizim uşağa ilk iki gündə diaqnoz qoymuşdular ki, guya infeksiya keçib. Sonradan məlum oldu ki, analizlər təmiz çıxıb və uşaqda heç bir infeksiya yoxdur. Sadəcə, diş çıxardır deyə möhkəm “spazma” verib qulağına. Bir sözlə, iki gün boş yerə körpə uşağa sistem vurublar. Bax belə!”
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işqlandırmağa hazırıq.
Xeberle.com

- See more at: http://xeberle.com/az/view/19308/sumqayt-seher-usaq-xestexanasnda-rezalet-sikayet/#sthash.bwt6D4Ee.dpuf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın