Menu
Geri İrəli

Sumqayıt şəhər Vergilər İdarəsinin keçmiş rəisi icra başçısı təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2014 • Baxış sayı: 1,987 dəfə • Şərh yoxdur

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonun icra başçısı Nazim Veys oğlu Veysov tutduğu vəzifədən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə bu posta Alimpaşa Adil oğlu Məmmədov təyin edilib.

Alimpasa52AzVision.az xəbər verir ki, Şəmkinin yeni icra başçısı bu təyinatadək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Araşdırmamız zamanı məlum olub ki, Alimpaşa Məmmədov bundan öncə bir sıra vəzifələrdə işləyib.

Belə ki, A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmazdən öncə Salyan şəhərinin və hazırda icra başçısı olduğu Şəmkirin Vergilər İdarəsinin rəisi vəzifələrində işləyib.

A.Məmmədov daha sonra Vergilər Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra o, Səbayel Vergi İdarəsində rəis olub.

Uzun illər vergi sistemində işləyən A.Məmmədov nazirin əmri ilə Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis təyin edilib. Fəaliyyətində göstərdiyi xidmətlərə görə vergilər naziri Fazil Məmmədovun diqqətini çəkən A.Məmmədovun vəzifəsi bir qədər qaldırılaraq Bakı şəhər Vergilər Departamentinin rəisi postu ona həvalə edilib.

Mətbuatda qeyd olunan məlumatlara görə, A.Məmmədov vergilər naziri Fazil Məmmədova yaxın məmurlardandır. Hətta bir müddət əvvəl yerli KİV-lərə onun icra başçısı vəzifəsinə təyinat alacağı haqda iddialar səsləndirilirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın