Menu
Geri İrəli

Sumqayıt şəhəri haqqında ilk jurnal oxuculara təqdim edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 527 dəfə • Şərh yoxdur

Martın 14-də Sumqayıt Tarix Muzeyində “Sumqayıt” adlı jurnalın təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə şəhər rəsmiləri, idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri Asif İmaməliyev, jurnalın redaktoru Elcan Oruclu və başqaları çıxış edərək bildirmişlər ki, 2014 –cü ildə Sumqayıt şəhərinin 65 yaşı tamam olur. İlk dəfə olaraq şəhərin adını daşıyan jurnalın nəşri yubileyə gözəl hədiyyədir.
Bu, sadəcə növbəti bir mətbu orqanın həyata vəsiqə alması deyil, şəhərin tarixinin yeni bir səhifəsi, inkişafının göstəricisidir.
Tədbirdə şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açılmış, bu inkişafın Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi diqqəti sayəsində mümkün olduğu vurğulanmışdır.
Jurnalın elmi məsləhətçisi, Sumqayıt Tarix Muzeyinin direktoru Olya İslamova AzərTAc-a müsahibəsində qeyd etmişdir ki, Sumqayıt şəhəri haqqında ilk jurnalın tərtibatı, yazıların rəngarəngliyi, materialların təqdimat üsulu çox maraqlı görünür. O, mətbuat məkanında özünə şərəfli yer tutacaq aylıq “Sumqayıt” jurnalınıın Azərbaycan həqiqətləri, Sumqayıtın dünəni, bu günü və sabahı, onun tarixinə şərəf gətirən insanları haqqında müfəssəl məlumat verəcəyinə inandığını bildirmişdir.
Sonda tədbir iştirakçılarına “Sumqayıt” jurnalının ilk nömrəsi paylanılmışdır.

jurnal-sum

Facebook Şərhləndirmə:

Şərhinizi yazın