Menu
Geri İrəli

Sumqayıt şəhəri üzrə daşınmaz əmlakların kadastrının 3D formatı nümayiş etdirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 512 dəfə • Şərh yoxdur

kerem hesenovƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının İctimai Təqdimatı” keçirilib.

Lent.az-ın məlumatına görə, İctimai Təqdimatda Komitənin rəhbərliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ədliyyə nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Torpaq və Xəritəçəkmə komitələri, Bakı Şəhər İcra Hakimiyyəti, digər dövlət qurumlarının nümayəndələri, həmçinin komitənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd müasir dövrdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edən səmərəli daşınmaz əmlak idarəçilyi sistemi üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazasının yaradılması istiqamətində görülən işlərin təqdimatıdır. Həmçinin, əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakların bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində həyata keçirilən işlərin işıqlandırılması da tədbirin məqsədlərindədir.

Tədbirdə Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrının 3D formatı da nümayiş etdirilib. Həmçinin, Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrının məlumat bazasının, Milli Qeydiyyat Sisteminin, Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminin tam funksionallığının nümayişləri və Sumqayıt şəhəri üzrə daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi sistemi layihəsinin təqdimatı olub.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, son illər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması sahəsində ciddi nəticələr əldə edib: “İlk növbədə bununla bağlı elektron xidmətlərin göstərilməsi yolu ilə bilavasitə vətəndaş-məmur münasibətlərinin azaldılması və modern xidmətlərin tətbiqi üçün lazımi infrastruktura yaradılması sahəsində işlər görülüb”.

Komitə sədri qeyd edib ki, Komitə fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını aparır: “Bununla bağlı komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaratmaqdadır. Bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları İnfrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanlarının, bələdiyyələrin, vətəndaşların, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatları olan istifadəçi ehtiyacları ödənilir”.

Komitə sədri qeyd edib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür: “Almaniyanın maliyyə dəstəyi ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini həyata keçiririk. Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın