Menu
Geri İrəli

Sumqayıt şəhərində 140 lift yenisi ilə əvəzlənib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2016 • Baxış sayı: 386 dəfə • 1 şərh
Share Button

Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.

Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev AZƏRTAC-a bildirib ki, Sumqayıtın 6, 9, 10, 13 və 18-ci mikrorayonlarında 140 lift daha müasiri ilə əvəzlənib. Eləcə də 2, 6, 13, 18, 10 və 17-ci mikrorayonlarda 60 ədəd yeni və müasir liftin quraşdırılması nəzərdə tutulub. Aprel ayında bu istiqamətdə işə başlanacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.

14591504705057253459_1000x669 14591504703416010864_1000x669

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt şəhərində 140 lift yenisi ilə əvəzlənib” yazısına bir cavab

  1. Seva deyir:

    12ci mk.ev8 liftin dəyişsələr yaxşı olar.minən peşman olur.hər dəfə lift ustası çağırmağa adam yorulub

Şərhinizi yazın