Menu
Geri İrəli

Sumqayıt şəhərində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2017 • Baxış sayı: 2,129 dəfə • 2 şərh

Sumqayıt şəhərində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimayyətininin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  çıxış edərək bildirib ki, hesabat dövründə Sumqayıtda  mühüm infrosturuktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtnda və keyfiyyətlə icra olunub.

Qeyd olunub ki, hesabat dövrü  Sumqayıt şəhəri üçün də uğurlu olub, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib,yeni iş yerləri açılıb. Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 1 milyard 178 milyon manat  təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 148  faiz  və ya 382  milyon manat çox məhsul istehsal olunmuş və xidmət göstərilib.Sənaye məhsulunun istehsalı 802,2 milyon manat təşkil edib  və ötən illə müqayisədə 183,2  faiz və ya 364,5 milyon manat çox məhsul istehsal olunub.

Vurğulanıb ki, ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 80 faiz həddini ötüb.Şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 350 milyon manat vəsait yönəldilmiş, artım tempi 146 faiz təşkil edib.

Hesabat məruzəsində qeyd olunub ki, daimi  6149 yeni iş yerləri açılıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub. Məşğulluq Mərkəzində 11306 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 6149 nəfər işlə təmin edilib.

Regionların sosial iqtisadi inkişafına böyük  diqqət yetirən prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində  Sumqayıtda  əsaslı və kompleks yenidənqurma işləri görülüb. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzi , Şahmat və Musiqi   Məktəbi, Sumqayıt Dövlət Musiqili  Dram Teatrı ölkə başçısnın iştirakı ilə  istifadəyə   verilib. Ulu öndərin adını daşıyan parkda da yenidən qurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara çatıb. Parkda 200 dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, Bayraq Meydanı tikilib. Hesabat dövründə  şəhərdə yol nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru  ümumi uzunluğu 4,2   kilometr   olan ikitərəfli yol və Corat  qəsəbəsindən   Novxanı istiqamətində uzunluğu 7,5  km  olan  Sahil küçəsində də  yenidənqurma  işləri yekunlaşıb, hər iki yolun ətrafı abadlaşdırılıb.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı  Bulvar  sakinlərin istifadəsinə  verilib. Şəhərdə istismar müddətini ötmüş 200 ədəd qəzalı vəziyyətdə olan lift  və 350 ədəd yaşayış binasının dam örtüyünün  dəyişdirilib.

Hesabat yığıncağında  təhsil, səhiyyə, sənaye  sahələrindəki vəziyyət  ətraflı təhlil  edilib. Məruzə və çıxışlarda  qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Sonda Azərbaycan Respublikası Prezidentinə ümumşəhər yığıncağı iştirakçıları adından müraciət qəbul olunub.

DSC_0030 DSC_0071 DSC_0076 DSC_0080 DSC_0084 DSC_0089 DSC_0107 DSC_0122 DSC_0134 DSC_0144 DSC_0176 DSC_0184 DSC_0208 DSC_0235

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhərində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib” yazısına 2 cavab

  1. Adil m. deyir:

    i Möhkəm İnanırıq ki, sumqayıtlılar 2017-cı ili də yüksək uğurlar və göstəricilərlə başa vuracaqlar.
    Zakir müəllimin qısa müddət ərzində gördüyü işlər bu il daha da yüksək olacaq və sumqayıtlılar yaxşı yaşayacaq və həmişə ki, kimi sumqayıtlı olmalarrı ilə fəxr edəcəklər!
    Uğurlar diləyirəm.

  2. Cəlal deyir:

    Zakir muellim qisa muddetde Sumqayit ucun cox isler görüb. Amma bazarin qarşısındakı sekinin daraldilmasi ozunden evvelki yadelli icra başçılarını xatirladir. Çünki onlarin vaxtinda sekilerin satilmasi bas vermisdiş

Şərhinizi yazın