Menu
Geri İrəli

Sumqayıt şəhərində 2017-ci ilin birinci rübünün yekunları müzakirə olundu – HESABAT

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2017 • Baxış sayı: 1,472 dəfə • 2 şərh
Share Button

DSC_0211Aprelin 18-də Sumqayıt şəhərində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.

Qeyd olunub ki, şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 291,0 milyon manat və ya 119,0 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,5 milyon manat və ya 19,0 faiz çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir.

Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq  202,3 milyon manat olmuş, məhsul istehsalı 28,5 milyon manatdan çox artmışdır. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət neft sektorunun payı 85,0 faizdən çox olmuşdur.

Tikinti-quraşdırma işlərinin həcmi ötən ilin müvafiq dövrü səviyyəsində, yəni 9,0 milyon manat həcmində olmuşdur.

Büdcənin gəlir hissəsi 133 faiz yerinə yetirilmişdir. Yerli büdcəyə 2,3 milyon manat əlavə vəsit daxil olmuşdur.

Əhalinin alıcılıq qabiliyyətini, real pul gəlirlərini əks etdirən göstəricilərdən biri olan parakəndə əmtəə-ticarət dövriyyəsi 104,5 faiz və ya əhaliyə 194,3 milyon manatlıq mal satılmış, pullu xidmət 72,0 milyon manat və ya 126, 0 faiz olmaqla 15.0 milyon manat çox olmuşdur.  Müqayisədə əmtəə dövriyyəsi 4,5 faiz,  pullu xidmət 26,0 faiz artmışdır.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə nəqliyyat xidmətinin həcmi 29,0 faiz artaraq 3,6 milyon manat, rabitə xidməti 120,0 faiz, orta əmək haqqı 103,0 faiz və ya 383,1 manat təşkil etmişdir.  Əhalinin sayı 2,0 min nəfər artmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində 1853 yeni iş yerləri açılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Şəhər ərazisində yerləşən 1364 çoxmərtəbəli yaşayış binalarından 825-i zirzəmili, 439 binada şaxtalar mövcuddur. Həmin binaların şaxtalarında baş vermiş qəzalar mütamadi olaraq aradan qaldırılmış, 386 binanın zirzəmisi təmir olunmuş və  qurudulmuşdur.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində şəhərdə əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, şəhərdaxili mövcud xırda tutumlu, istismara yararsız, ekoloji baxımdan primitiv nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan müasir sərnişin avtobusları gətirilərək marşrut xətlərinə  buraxılmışdır.  Bu sahədə işlər davam etdirilir.

Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin yaxşılaşdırılması ilə bağlı problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.

Uşaq bağçalarında istilik sistemi tam bərpa olunmuş, bütün bağçalar isti su ilə təmin edilmiş, ərazq təminatı məsələsi ciddi nəzarətə götürülmüşdür. Uşaqların təlim-tərbiyə məsələsinə xüsusi fikir verilmişdir. Bağçalara normadan artıq uşaq qəbulunun qarşısı alınmışdır. Daxili imkanlar hesabına bağçalarda təmir işlərinə başlanılmışdır.

Hesabat dövründə səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması və reabilitasiyası sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

2017-ci ilin I rübündə mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi – texniki bazasının möhkəmləndirilməsi, mədəni – kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılmışdır.

Hesabat dövründə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 167 müxtəlif tədbir keçirilmişdir.

Şəhərdə 26 idmаn növü üzrə 135 şəhər birinciliyi, çеmpionаtı, kütləvi bədən tərbiyəsi və idman tədbirləri kеçirilmişdir. Respublika və Bеynəlхаlq səviyyəli yаrışlаrdаn 322 mеdаl əldə еdilmişdir ki, bunlаrdаn 109 qızıl, 98 gümüş, 115 isə bürünc mеdаl olmuşdur.

İdmаn növləri üzrə milli yığmа komаndа hеyətlərində Bеynəlхаlq səviyyəli dünyа, Аvropа kuboku yаrışlаrındа iştirаk еdən şəhər idmаnçılаrı 31 mеdаl qаzаnmışdır.

Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, cari ilin birinci rübündə həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Hesabatdan video reportaj:

DSC_0011

DSC_0197
DSC_0195
DSC_0018 DSC_0027 DSC_0028 DSC_0031 DSC_0036 DSC_0041 DSC_0055 DSC_0057 DSC_0071 DSC_0076 DSC_0081 DSC_0088 DSC_0096 DSC_0115 DSC_0120 DSC_0167


 

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt şəhərində 2017-ci ilin birinci rübünün yekunları müzakirə olundu – HESABAT” yazısına 2 cavab

  1. Rehim Sahverdiyev deyir:

    Son vaxtlar Sumqayitda cox isler gorulur. Saymaqla bitmez. Tesekkurler icra bascimiza!

  2. Ferhad deyir:

    Sumqayıt nəinki hər ay, hər gün hər saat yenilənir, müasirləşir!

Şərhinizi yazın