Menu
Geri İrəli

Sumqayıt şəhərində ailəvi idman təsnifat yarışı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 29 Noyabr 2014 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur

1417262554256853021_750x500

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və Olimpiya Oyunlarının dünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində zona üzrə növbəti ailəvi idman təsnifat yarışı keçirilib.Yarışın əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.AzərTAc xəbər verir ki, şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışlara Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, və Qusar rayonlarından və Sumqayıt şəhərindən olan ailələr və yüzlərlə tamaşaçı azarkeşlik edib. Yarışın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin və MOK-un nümayəndələri Fərman Kazımov, Qiyas Mehdiyev və Mehman Kərimov çıxış edərək bu kimi tədbirlərin uşaqların və gənclərin idmana həvəs ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını vurğulayıblar. Onlar, eyni zamanda, Olimpiya dəyərlərindən və 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarından söhbət açıb və bu kimi təşviqedici və maraqlı idman fəaliyyətləri ilə zəngin tədbirlərin əsas məqsədinin sağlam nəslin yetişməsinə, o cümlədən Olimpiya hərəkatının genişlənməsinə dəstək olduğunu bildiriblər. Rəsmi hissədən sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Tədbirə dəstək üçün qatılan gənc müğənni və rəqqasların çıxışları yarış həyəcanını bir qədər də artırıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların qalibi Sumqayıt şəhərinin 2-ci komandası, ikinci və üçüncü yerləri isə Qusar və Xaçmaz rayonlarından olan ailələr bölüşüblər. Qaliblər Milli Olimpiya Komitəsinin və “Coca-Cola” şirkətinin qiymətli hədiyyələri və diplomları ilə mükafatlandırılıblar.Bu ilin dekabrında Bakıda keçiriləcək finalda zonalar üzrə yarışlarda birinci üç yeri tutmuş komandalar iştirak edəcəklər.

14172625545161836204_750x500

Facebook Şərhləndirmə:

Şərhinizi yazın