Menu
Geri İrəli

Sumqayıt şəhərində aşkarlanan süni qiymət artımına görə cinayət işi başlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2016 • Baxış sayı: 860 dəfə • Şərh yoxdur
Share Button

Prokurorluq_Yeni_BinaBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə, o cümlədən bilavasitə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması ilə əlaqədarSumqayıt, Mingəçevir, Ağstafa, Xaçmaz  şəhərlərində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlər keçirilib.

APA-nın xəbərinə görə, İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda bildirilir ki,  reydlər zamanı həmin şəhərlərdəki iri topdan satış mərkəzlərindən nəzarət qaydasında alınmış  yerli istehsala aid olan müxtəlif markalı un, yağ və yumurta məhsullarının ölçüsü, çəkisi, qiyməti, istehlak xüsusiyyəti və keyfiyyətinin uyğunluğunun yoxlanılması məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində kompleks məhkəmə fiziki-kimyəvi, bioloji və əmtəəşünaslıq ekspertizaları keçirilib.

Müəyyən edilib ki, qiymətləri süni şəkildə qaldırılmış Ağstafa şəhərində yerləşən “Beş mərtəbə market” dən alınmış un, “İki qapılı market”dən alınmış un və yağ,  Xaçmaz şəhərində yerləşən “Eko Mart market”dən alınmış un, “Sərfəli Market”dən alınmış  yağ, Mingəçevir şəhərində fiziki şəxs- Babaxan Bağırova məxsus mağazadan alınmış un, Sumqayıtşəhərində yerləşən “Rahat market”dən alınmış un  məhsulları orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən standartlara cavab vermir və  qida üçün yararsızdır.

Mövcud standartlara cavab verməyən ərzaq mallarının qiymətlərinin süni şəkildə qaldırılması ilə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə ayrı-ayrılıqda 4 cinayət işləri başlanmışdır.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin, bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə, bütün fiziki və hüquqi şəxslərə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması, inhisarçılıq, korrupsiya  və digər qanunsuz hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən təxribatçılar, işbazlar, dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın