Menu
Geri İrəli

Sumqayıt şəhərində bədii qiraət müsabiqəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2015 • Baxış sayı: 678 dəfə • Şərh yoxdur
Share Button

received_1529846214001859Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində bədii qiraət müsabiqəsi keçirilib.

Bütün orta ümumtəhsilməktəblərinin qatıldığı və 50 nəfər şagirdin iştirak etdiyi müsabiqədə Ümummilli Liderimizə həsr olunan şeirləri məktəblilər böyük məhəbbətlə səsləndirilib.

Şair, Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər Kоmitəsinin sədri Əşrəf (Veysəlli) Şəfiyev, Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Ceyran Axundova, 12 №-li orta məktəbin müəllimi İradə Quliyeva, Gənclər və İdman Baş İdarəsinin Baş məsləhətçisi Ceyhun Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlıdan ibarət münsiflər heyəytinin qərarı ilə Orta Ümumtəhsil İnternat məktəbinin şagirdi Fatimə Abduləliyeva I yerə, TETG-nin şagirdi Əliyeva Aytac və 18 №-li orta məktəbin şagirdi Əsgərxanov Ramazan II yerə, 5 №-li orta məktəbin şagirdi Qəmbərova Leyla, 6 №-li orta məktəbin şagirdi Babayeva Fidan, Təfəkkür Liseyinin şagirdi İmanzadə Fəridə III yerə layiq görülmüşlər.

Müsabiqə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Mədəniyyət və Turizm İdarəsi, Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuşdur. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər də nümayiş etdirildi. Sonda qaliblərə Fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

received_1529846287335185

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın