Menu
Geri İrəli

Sumqayıt şəhərində fəaliyyət göstərən “Liman” klinikası bağlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 2,685 dəfə • Şərh yoxdur

“Avropa.info” xəbər verir ki, “Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.

Səhiyyə Nazirliyinin rəsmi saytında isə “Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən bağlandığı ehtimal edilir.

Qeyd edək ki, “Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi.

liman

Facebook Şərhləndirmə:

Şərhinizi yazın