Menu
Geri İrəli

Sumqayıt şəhərində gecə saatlarında sular niyə gəlmir? – Rəsmi açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 1,415 dəfə • 1 şərh

icmeli suArtıq bir neçə gündür ki, Sumqayıt sakinlərindən suların gəlməməsi ilə bağlı şikayətlər redaksiyamıza daxil olur.

Şikayətçilər bildirirlər ki, gecə saat 2-dən sonra sular demək olar ki, gəlmir:

“Axı Ramazan ayı girib. Biz də səhər saatlarında durub o başdandan oruc tutmaq üçün sudan istifadə edirik. Lakin neçə gündür ki, sular demək olar ki, gəlmir. Su idarəsinə də zəng edirik, telefona cavab verən yoxdur”- şikayətçilər bildirib.

Məsələ ilə əlaqədar Sumqayıt Şəhər Su İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Həmdulla Əliyev LiderXeber.az-a açıqlamasında bildirdi ki, Sumqayıt şəhərinə su qrafiklər veriIir:

“Artıq neçə vaxtdır ki, biz suları qrafiklə abonentlərin istifadəsinə veiririk. Hal-hazırda iş yerimdə olmadığımdan konkret səbəbi deyə bilməyəcəyəm. Lakin səbəbini öyrənib, sizlərə dəqiq məlumat verərəm.”

Qeyd edək ki, artıq iyul ayının 18-dən müqəddəs Ramazan ayı daxil olub və insanlar da səhər yeməkləri üçün səhər saatlarında istifadə edirlər. Bu üzdən ümid edirik ki, tezliklə məsələ öz həllini tapar.

AbbasƏli Hüseyni

LiderXeber.com

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhərində gecə saatlarında sular niyə gəlmir? – Rəsmi açıqlama” yazısına bir cavab

  1. Adil deyir:

    ən əsas da
    9 mikrorayonun (Koroğlu prospekti) istiqaməti üzrə suya həsrətdir!

Şərhinizi yazın