Menu
Geri İrəli

Sumqayıt şəhərində ictimai dinləmə keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2016 • Baxış sayı: 1,147 dəfə • Şərh yoxdur

DSC_0071

“İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası və təbliği vəziyyətinin  müzakirəsi davam etdirilir. Növbəti ictimai dinləmə Sumqayıtda şəhərində keçirlib.

Sumqayıtda   keçirilən ictimai dinləmədən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.  Şəhər  İcra Hakimiyyətinin, məhkəmə, polis, prokurorluq orqanlarının, səhiyyə və təhsil müəssisələri   nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Şəhər  İcra Hakimiyyəti  başçısının birinci müavini Faiq Kərimov  insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin dövlət siyasətinin ən başlıca xəttini təşkil etdiyini bildirib, şəhərdə   insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.

Milli Fəaliyyət Planının  icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində görülən işlər barədə məlumat verən Ombudsman Elmira Süleymanova ölkəmizdə həyata keçirilən demokratik hüquqi və sosial-iqtisadi islahatlardan söz açıb, insan hüquq və azadlıqlarının müdafiəsi işinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib. Müzakirələrdə  insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Ombudsman Elmira Süleymanova Sumqayıt Şəhər Polis İdarəsində və Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində də olub.


DSC_0015 DSC_0022 DSC_0032 DSC_0041 DSC_0047 DSC_0059
DSC_0072 DSC_0100 DSC_0116 DSC_0124

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın