Menu
Geri İrəli

Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzil tikilir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2017 • Baxış sayı: 2,805 dəfə • Şərh yoxdur
Share Button

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bu gün qaçqın və məcburi köçkünlər ölkəmizdə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir və bu məsələ daim dövlətimizin başçısının diqqətindədir. Artıq Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzilin tikintisinə başlanılıb.

Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra olunur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC –a bildirilib ki, indiyədək şəhərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmayıb. Bu işlərə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığından sonra start verilib. Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük bir şəhərcik salınır. 2017-ci ilin fevral ayından tikintisinə başlanılan şəhərciyin 2018-ci ilin may ayında tam istifadəyə verilməsi planlaşdırılıb.

Şəhərcikdəki bunların altısı 8 mərtəbəli, ikisi 14, daha ikisi isə 15 mərtəbəli olacaq. Bu binalarda ümumilikdə 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i 3 otaqlı, 520-si 2 otaqlı, 138-i isə 1 otaqlı olacaq.

Qeyd edək ki, Sumqayıtda respublikamızın 10 şəhər və rayonundan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlkin mərhələdə qəzalı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər yeni binalardakı mənzillə təmin ediləcək. Onu da vurğulayaq ki, Sumqayıtda 15-ə yaxın qəzalı yataqxana var. Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Bu mərhələdən sonra isə uşaq bağçalarında, məktəblərdə, vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni binalara köçürüləcək.

1500875885258464089_1000x669 15008758855745620497_1000x669 15008758856470754546_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın