Menu
Geri İrəli

Sumqayıt şəhərində möhtəşəm BAYRAQ BAYRAMI – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2017 • Baxış sayı: 8,444 dəfə • 20 şərh
Share Button

DSC_0227 (1)

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Sumqayıt şəhərində ümumşəhər bayramı keirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri,   şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Şəhər icmiaiyyətinin nümayəndələri, o cümlədən gənclər və  ümumtəhsil məktəblilərinin şagirdləri şəhərin müxtəlif istiqamətlərindən Bayraq Meydanına doğru yürüş ediblər.

Tədbirdə dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

Tədbirdə Azərbaycanın tarixində mövcud olmuş dövlətlərin,xanlıqların bayraqları meydana gətirilib, onlar haqqında geniş məlumat verilib.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

Fotolar: Xəqani Əzizov

Elşən Tağıyev

 

DSC_0120 DSC_0122 DSC_0131 DSC_0144 DSC_0147 DSC_0149 DSC_0151 DSC_0153 DSC_0156 DSC_0160 DSC_0161 DSC_0164 DSC_0174 DSC_0215 DSC_0237 DSC_0242 DSC_0244 DSC_0247 DSC_0250 DSC_0262 DSC_0270 DSC_0272 DSC_0280DSC_0297 DSC_0312
DSC_0032DSC_0062DSC_0072DSC_0080DSC_0084DSC_0110DSC_0113

 

 

 

 

_MG_8454 _MG_8498 _MG_8507 _MG_8522 _MG_8532 _MG_8572 _MG_8573 _MG_8574 _MG_8575 _MG_8578 _MG_8588 _MG_8597 _MG_8599 _MG_8601 _MG_8611 _MG_8647 _MG_8655

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt şəhərində möhtəşəm BAYRAQ BAYRAMI – FOTOLAR” yazısına 20 cavab

  1. Xuraman Memmedova deyir:

    Möhtəşəm tədbir idi! Əsl bayrağa sevgi, məhəbbət bax budur!

  2. İkram Əliyev deyir:

    Torpağım üstünə kölgələr salan
    Mənim varlığımın cilası-bayraq.
    Zəfərdən doğulmuş
    Göytürkdən qalan
    Qurdbaşlı bayrağın balası bayraq.
    Sumqayıtlıları təbrik edirəm! Möhtəşəm tədbirdir həqiqətən də

  3. Samirə deyir:

    Çox maraqlı şənlik idi. Xüsusilə də bayraqların meydana gətirilməsi gözəl mənzərə idi. Bayramınız mübarək!

  4. Ləman Adıyeva deyir:

    Çox gözəl görünür Azərbaycan bayrağımız və tədbir.
    Sumqayıt gözəl şəhərdir və bu şəhərə gözəllik yaraşır. Eşq olsun bu gözəlliyi yaradanlara!

  5. Vilayət deyir:

    Hər kəsin əlində bir bayraq-möhtəşəm görüntüdür. Şəhərimiz çox dəyişib.
    İnanıram ki, bundan sonra da gözəlləşəcək.

  6. Gunel deyir:

    Darıxdım şəhərimiz üçün.
    Necə gözəl görünür!!!!
    Çox gözəl tədbir olmuş. Super! Bayrağımızı\, dövlətimizi sevməliyik və övladlarımıza təbliğ etməliyik!

  7. Leyla deyir:

    Həqiqətən də möhtəşəm keçdi! Başdan sona qədər hər şey çox gözəl düşünülmüşdür. Doğma şəhərim-Sumqayıtla bir daha ürəkdən qürur duydum!

  8. Fatima Mammadova deyir:

    Bayrağa vərilən möhtəşəm dəyəri hiss etmək qürurvericidir. Bu fərəh hissini yaşatdığınız üçün təşəkkürlər

  9. Mammad deyir:

    Cox gozel tedbir idi. Bele gozel tedbir teskil etdiyiniz ucun minnetdaram

  10. Həsənov Coşğun deyir:

    Cansa can
    Qansa qan
    Yetər ki sən Dalğalan
    Eşq olsun bayrağımıza eşq olsun Sunqayıtımıza Daha da belə gözəl mənzərələr görmək diləyi ilə

  11. Parvin deyir:

    Bir Sumqayit vetendasi olaraq seherimle qurur duydum.

  12. Nezrin Abbasova deyir:

    Gozel tedbir kecirildi. Xanliqlarin temsili bayrama daha da mohtesemlik qatdi. Cox saq olsun Zakir muellim ve butun teskilatcilar.

  13. Sevinc deyir:

    Cox beyendim. Ela tedbir oldu. Tesekkurler emeyi kecen her kese.

  14. Ayten Qeribova deyir:

    Heqiqetende qürürverici görüntülerdi. Sumqayıt seheri adına layiqli sekilde Bayraq gününü qeyd etdi. Bu cür tedbirlerin davamlı olması dileyi ile.. Bir daha Tebrikler Azerbaycan! Tebrikler Sumqayıt!

  15. Ceyhun deyir:

    Başda Zakir müəllim olmaqla tədbirdə əməyi keçən hərkəsə sonsuz təşəkkürlər, çox maraqlı təqdirə layiq tədbir oldu. Xüsusəndə tarixi bayraqlarımızın səhnəyə gətitilməsi möhtəşəm idi

  16. Ruslan bey deyir:

    Bayraqların yeni istifadəyə verilmiş möhtəşəm Heydər Əliyev Sarayından, Bayarq Muzeyindən başlayıb Bayaraq Meydanına daxil olması fərqli yanaşma idi və çox maraqlı idi

  17. Ali deyir:

    Çox möhtəşəm Tedbir idi.Şəhərimizdə belə bir möhtəşəm bayramın keçirməsinə gorə əməyi keçən hər bir kəsə öz təçəkkürümü bildirirəm.

  18. Eldar deyir:

    Mukkemel tedbiri idi. Hemde cox qurur verici idi :)

  19. Nərmin Məmmədova deyir:

    Möhtəşəm tədbir idi.Şəhərimizdə belə bir tədbirin keçirilməsi bizi sevindirir.Davamlı olmasını arzu edirəm.Tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.

  20. Tofiq deyir:

    Çox möhtəşəm tədbir idi. Belə tədbir hər zaman bizi ruhlandırır.

Şərhinizi yazın