Menu
Geri İrəli

Sumqayıt şəhərində “Müasir stomatologiya” klinakasının açılışı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2014 • Baxış sayı: 2,653 dəfə • 2 şərh

10706537_784035958305834_929333151_n

Bu gün  Sumqayıt şəhərində “Müasir stomatologiya” klinakasının rəsmi açılışı oldu. Tədbirdə media nümayəndələri və şəhər içtimayyəti iştirak edib. Klinikanın baş həkimi – Namiq Çobanov, öz çıxışında bildirdi ki, “Müasir stomatologiya” klinikasında çalışan təcrübəli mütəxəsisslərin işlə təmin olunması ölkə rəhbəri cənab İlham Əliyevin işsizliyin aradan qaldırılmdası siyasətinə dəstəkdir. Bununla bərabər cənab prezidentə sahibkarların iş qurumunda yaratdığı şəffaflığa görə xüsusi minnətdarlığını bildiridi və stomatoloji mərkəzin rəsmi açılışını bildirən lenti kəsdi. Daha sonra qonaqlar “Müasir stomatologiya” klinikasında yaradılmış şəraitlə tanış oldular. Qeyd edək ki, “Müasir stomatologiya” klinikası dünya standartlarına tam uyğun, unikal müalicə, bərpa və estetik metodikaları tətbiq edərək, ən müasir stomatoloji avadanlıqla təchiz olunub. Burada sterilizasiya şərtlərinə qəti sürətdə əməl etmək, ən vacib prinsiplərdəndir. Klinikada bütün növ stomatoloji xidmətlər göstərilir.

Burada Siz peşəkar mütəxəsisslər tərəfində düzgün diaqnostika olunaraq, sizə uyğun müalicə metodu təklif olunur. Klinikanın özəlliyi ondadır ki, o günün 24 saatını işləyir və pasiyentlərə müxtəlif anesteziya metodları təklif olunur. Klinikadan sumqayıtlılara müjdə! Sentyabr ayının 30-dək uşaq stomatologiyası şöbəsində müayinə və konsultasiya pulsuz olaraq həyata keçirilir! Unatmayaq ki, sağlam təbəssüm – sağlam həyata zəmanətdir!


10660709_784035954972501_1357949261_n 10668556_784035961639167_2110925781_n

10660482_784035964972500_461083005_n

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhərində “Müasir stomatologiya” klinakasının açılışı oldu” yazısına 2 cavab

  1. Arzu deyir:

    Əvvəla klinikanızın açılışı və inkşafı uğurlu olsun. Təbrik edirəm. Sizin telefon nömrəniz bu səhifədə qeyd olunmayib. Zehmet olmazsa tel nömrəsini qeyd edin.

  2. ulviyye deyir:

    sizin adres lazimdir birde usaqlarida getirmek olarmi… tesekurler

Şərhinizi yazın