Menu
Geri İrəli

Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə gücləndirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 907 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya Sumqayıt şəhər Təhsil Şöbəsi ilə birlikdə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirib.

Sumqayıt şəhər Uşaq və yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutan tədbirdə şəhərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri , hüquq mühafizə orqanlarının təmsilçiləri və səhiyyə işçiləri iştirak edib.

Tədbir iştirakçıları bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişdir.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizəyə dair dövlət siyasəti, Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair görülmüş işlər və şəhər ərazisində yaşayan azyaşlılar arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində atılan addımlarla bağlı ətraflı məlumatlar verilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin,  psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı imzalanmışdır. Bu Sərəncamın icrası məqsədilə ötən dövr ərzində şəhərimizdə bir sıra tədbirlər təşkil edilmiş, müzakirələr aparılmışdır.

Tədbirdə xüsusilə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin keçirilməsinin vacibliyi vurğulanmışdır.

DSC_0123 DSC_0125 DSC_0129 DSC_0133 DSC_0138 DSC_0122

Facebook Şərhləndirmə:

Şərhinizi yazın