Menu
Geri İrəli

Sumqayıt şəhərində polis Günü qeyd edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2016 • Baxış sayı: 1,501 dəfə • Şərh yoxdur

AYZ_0597

İyulun 2-də Sumqayıt şəhərində polis işçilərinin peşə bayramı qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Polis işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis veteranları iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib. Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu diqqət və qayğınınbariz təcəssümüdür

Mərasimdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına və polis veteranlarına fəxri fərmanlar və pul mükafatları təqdim edilib.
href=”http://sumqayitxeber.com/wp-content/uploads/2016/07/AYZ_0616.jpg”>AYZ_0616

AYZ_0546

Zakir Fərəcov

Əkbər İsmayılov ekber ismayilov AYZ_0648

AYZ_0666

AYZ_0620

AYZ_0057

AYZ_0069

Facebook Şərhləndirmə:

Şərhinizi yazın