Menu
Geri İrəli

Sumqayıt şəhərində saxta möhürlə torpaq satan məmurlar kimlərdir? – ŞİKAYƏT MƏKTUBU

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2015 • Baxış sayı: 1,115 dəfə • Şərh yoxdur

“Sumqayitxeber.com” xəbər portalına Əziz Alməmmədov adlı  Sumqayıt şəhər sakini tərəfindən şikayət məktubu daxil olub.

sumqayit1Şikayət məktubunu olduğu kimi təqdim edirik:
“Hörmətli redaksiya!
Bildirirəm ki. Sumqayıt şəhərinin Yaşma ərazisindəki bağ torpaq sahələrinin bir hissəsi keçmiş 2 nömrəli Trestə (indiki “Sumqayıttikintiquraşdırma-2” ASC) verilmişdir. Lakin 2012-ci ildə “Sumqayıttikinti quraşdırma-2” ASC-nin vergi orqanlarına, dövlətə külli miqdarda borcu olduğu üçün fəaliyyəti dayandırılmışdır. Müəssisənin keçmiş rəhbəri Qasımov Hüseyn Muxtar oğlu bir neçə qrup şəxslə cinayət əlaqəsinə girərək keçmiş vətəndaşları aldatmış, 2 nömrəli Trestin 2000-ci ildə ləğv edilmiş möhürü ilə “Sumqayıttikintiquraşdırma-2” ASC-nin möhürü ilə ÇİNAR Yoldaşlıq Bağçılıq Cəmiyyətinin bağ sənədlərini təsdiq edərək torpaq sahələrini satmışdır. Hətta yaşı çatmayan , yəni 1988-ci il adı ilə qeyri-qanuni satdığı bağ torpaq sahələrini alanlar arasında vaxtilə Trest-2-də işləməyənlər və həmin tarixdə anadan olmayanlar , Sumqayıtda yaşayış qeydiyyatı olmayanlar var. 50-ə qədər belə torpaqların siyahısından bir neçəsini Sizə təqdim edirəm.
1. Bağ nömrəsi – 467 – Ağamalyeva Nəsibə Abdul qızı – Sumqayıt, 9 mkr, ev 10/27, mən. 20
2. – 445a – Mədətov Tərlan Ramazan oğlu – Bakı , Ə.Əbdülizrəhman küç., ev 13, 2 m.ən34
3. – 463- Novruzov Qasım Kamal oğlu – Sumqayıt, 6 mkr, ev 20, mən .102
4. – 534 – Hüseynov İlham Arif oğlu – Abşeron rayonu
5. – 481a –Qədirova Sevinc Əlibala qızı- Bakı,K.Mehmandarov küç, ev 66. mən48
6. – 150 – Ağayev Ramazan Şəmi oğlu – Sumqayıt, 47 məhəllə, ev 10, mən.13
7. – 474 – Məmmədova Qətibə Nağı qızı – Naxçıvan , Şahbuz r-n,Biçənək kəndi
8. – 475a-Novruzova Bülbül Nəriman qızı- Sumqayıt, 6 mkr, ev 20, mən.102

№№ 490, 491, 481, 557, 492, 494, 473, 476, 454 və s.

Bu faktlar 50-100 arasında davam edir.
Qasımov Hüseyn Muxtar oğlu keçmiş Torpaq Komitəsinin əməkdaşı İsmayıl və keçmiş Sovetlər dövründə Trestin Həmkarlar Təşkilatının sədri işləmiş, Cəmiyyət sədri olmuş Cavanşir adlı şəxslə həmin torpaq sahələrini vətəndaşları aldadaraq satmışlar.
Həmin torpaq sahələrini İsmayılla Cavanşir Qasımov Hüseynlə əlbir olmuş, vətəndaşlara 2014-cü ildə sənədləşdirərək satdıqdan sonra, saxta yollarla ÇİNAR Yoldaşlıq Bağçılıq Cəmiyyətinə Əliyev Soltanmurad Ədalət oğlunu keçirilməyən iclas protokolu tətib edərək həmin bağçılıq cəmiyyətinə sədr təyin etmişlər. Halbuki, həmin bağçılıq cəmiyyətinə Nizamnamə əsasında sədr seçilərsə, həmin iclasda Sumqayıtdakı doqquz bağçılıq cəmiyətinin nümayəndəsi iştirak etməli idi. Həmin protokolu Qasımov Hüseynin təsdiq etməsi qeyri-qanunidir. Ona görə ki, H.Z.Tağıyevdə yerləşən “Sumqayıttikintiquraşdırma-2” ASC öz fəaliyyətini 2012-ci ildən dayandırmışdır. ÇİNAR Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri , möhür və ştampı ola-ola yeni möhür və ştampın saxta protokol əsasında sifariş olunması və alınmasının özü də cinayət xarakteri daşıyır. Yeni qeyri-qanuni yolla seçilmiş sədr kimdir? Dövlətə məxsus əmlakın talan olunmasında azadlıqdan məhrum olunan, uzun müddət türmə həyatı yaşayan dələduz Əliyev Soltanmurad Ədalət oğlu guya yeni sədrdir . Qasımov Hüseynin reketçilik üstündə 1995-ci ilin mart ayında güllələnmiş oğlu Qasımov Həmidin dostu olduğu üçün Qasımov Hüseyn onun həmin ÇİNAR Yoldaşlıq Bağçılıq Cəmiyyətinə saxta yolla sədr seçilməsinə şərait yaratmışdır. Hazırda saxta yolla Yaşmada bağ torpaq satışını da davam etdirirlər. Bələdiyyələr yarandıqdan sonra bu sahələr də onların mülkiyyətinə verilmişdir. Hazırda Sumqayıt Bələdiyyəsinin mülkiyyətindəki bağ torpaq sahələrinin gizli yolla bu cinayətkarlar tərəfindən satılmasından xəbəri yoxdur.
Qasımov Hüseyn Muxtar oğlu başqa cinayətlərə də qol qoyub, lakin məsuliyyətə cəlb olunmayıb. Belə ki, Vergilər Nazirliyinə 140 (yüz qırx min ) min manat borcu olduğu halda müəssisəyə məxsus Beton zavodu, zavod daxilində dəmir yolu xəttini doğradaraq Metal Tədarükünə təhvil vermişlər. “Sumqayıttikintiquraşdırma-2” ASC-ə məxsus Qubanın Hacıqayıb kənd Bələdiyyəsi ərazisində yerləşən Daş Karxanasını Zərbəliyev Tahir adlı şəxsə satmış və dövlətdən gizlətmişlər. Zərbəliyev Tahir hazırda həmin daş karxanasını istismar edir. Bütün bu cinayətləri Qasımov Hüseynin oğlu Qasımov Firuddin və Firuddinin hüquqşünası kimi özünü təqdim edən Əliyev İlqar Əlövsət oğlu birgə həyata keçirmişlər.
Bu barədə hüquq-mühafizə oranlarının nə vaxt ölçü götürəcəyi bəlli deyil. Əgər biz müstəqil dövlətimizin inkişafı naminə çalışırıqsa, niyə bu dövlətin əmlakını mənimsəyənlər cəzalandırılmır? Azadlıqda gəzən bu şəxslərin daha hansı cinayətlərə əl atacağını düşünərək lazımi orqanlar tərəfindən tədbir görülməsinə redaksiyanız vasitəsi ilə təsir etməyinizi xahiş edirəm. ”

sumqayitxeber.com olaraq şikayət məktubunda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın