Menu
Geri İrəli

Sumqayıt şəhərində şəhid polkovnik-leytenant Raquf Orucov anıldı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2017 • Baxış sayı: 2,204 dəfə • Şərh yoxdur

2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında yəqin ki, hələ çox kitablar yazılacaq, filmlər çəkiləcək. Çünki şəhid Vətən övladlarının şərəfli və ibrətamiz həyat hekayələrinin xalqımızın yeni nəsillərinin hərbi-vətənpərvərlik tərbiyəsində təsirli rol oynayacağı şəksizdir.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 2016-cı ilin aprel döyüşlərində erməni təxribatçılarının hücumunun qarşının alarkən şəhid olan əfsanəvi kəşfiyyatçı-komandir, polkovnik-leytenant Raquf Orucovdan bəhs edən filmin və “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib. Şəhər rəhbərliyi, Milli Məclisin deputatları, əfsanəvi kəşfiyyatçının döyüş yoldaşları, ailə üzvləri və hərbiçilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi şərəfli ömür yolundan bəhs edən film nümayiş olunub. Şəhid qəhrəmanın kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirməsini əks etdirən video-çəkilişlər əsasında hazırlanan film tədbir iştirakçılarına dərin təsir bağışlayıb. 1972-ci ildə Ağdam rayonunun Çilli kəndində döğulan Raquf İbrahim oğlu Orucovun kəşfiyyatçı bioqrafiyasında mühüm yer tutan hadisələrdən biri də on bir nəfərlik qrupla düşmən arxasına keçərək, 3 ermənini əsir götürüb sağ salamat geri qayıtması olub.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov qeyd edib ki, kəşfiyyatçı Vətənini, torpağını, xalqını hədsiz dərəcədə sevən, hər cür fədakarlığa hazır olan qəhrəmandır. Bu xüsusiyyətlər məhz Raquf Orucovda cəmlənmişdi. Vətən belə oğulları ilə daim fəxr edib.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, aprel döyüşləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, Azərbaycanın güclü dövlət olduğunu, onun güclü Ordu qurduğunu təsdiqlədi. Silahlı Qüvvələrimiz müasir texnika, hərbi sursatla təchiz olunub və regionun ən güclü ordusuna çevrilib. Xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızı düşməndən təmizləyəcək, apreldə qazanılmış qələbələri davam etdirərək üçrəngli bayrağımızı Qarabağın hər guşəsində dalğalandıracaq.

Mərasimdə kitabın müəllif və tərtibçiləri Elşən Əliyev və Elxan Salahov çıxış edərək, şəhid polkovnik-leytenantın xatirəsinə ehtiramlarını bildirib, kitab üzərində işin bəzi təfərrüatları barədə danışıblar.

Digər çıxış edənlər də şəhid polkovnikin keçdiyi şərəfli döyüş yolundan, uğurlu kəşfiyyat əməliyyatlarından, göstərdiyi qəhrəmanlıqdan söz açdılar, onunla bağlı xatirələrini söyləyiblər. Qəhrəmanın yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq hisslərini ifadə ediblər.

Tədbir vətənpərvərlik mövzusunda şerlərin və musiqi nömrələrinin səsləndirilməsi, ədəbi-bədii kompozisiyanın nümayişı ilə davam edib.

Xatırladaq ki, Raquf Orucov Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.

DSC_0005 DSC_0008
DSC_0030 DSC_0032 DSC_0048 DSC_0050 DSC_0055 DSC_0059 DSC_0067 DSC_0070 DSC_0077 DSC_0084 DSC_0087 DSC_0092
DSC_0101 DSC_0106 DSC_0107 DSC_0108 DSC_0121

DSC_0093 DSC_0122 DSC_0125 DSC_0150 DSC_0162 DSC_0171 DSC_0178 DSC_0185 DSC_0187 DSC_0189 DSC_0196 DSC_0199 DSC_0200 DSC_0205

 

DSC_0023

DSC_0010

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın