Menu
Geri İrəli

Sumqayıt şəhərində velosiped yolu salınır – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2016 • Baxış sayı: 1,678 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində təhküləsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər  yaxın zamanlarda bu istəklərini reallaşdıra biləcəklər. Belə ki, Sumqayıt şəhər Dənizkənarı Bulvar layihəsində velosiped idmanı ilə məşğul olan şəxslərin də istəkləri nəzərə alınıb.

Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra qısa müddət ərzində Sumqayıt şəhərində bulvar salınacağını vəd etmişdi.

Qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanılıb. Hazırda bulvarda istinad divarı çəkilib və bulvarın 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər  üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra  şəhərin simasını tamamilə dəyişəcək.

IMG_2661 IMG_2693 IMG_2701 IMG_2702 IMG_2705

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın