Menu
Geri İrəli

Sumqayıt şəhərində Velosipedçilər “Tütünə Yox!” dedilər

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2013 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

22 dekabr 2013-cü il tarixində “Sağlam Düşüncə” Gənclər Təşkilatı “Təbiət Dostlar” Gənclər İctimai Birliyinin Yaşıl Velosipedçilər klubu ilə birlikdə “Tütünə yox!” Sağlam Həyat tərzinin təbliği kampaniyası çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində Velo-yürüş təşkil edib.

Əsas məqsədi əhaliyə tütünün zərərləri haqqında mesaj çatdırmaq və sağlam həyat tərzinin təbliğ etmək olan Velo-yürüşdə 30-a yaxın velosipedçi iştirak edib. 1 saat müddətində davam edən velo-yürüş Sumqayıt şəhərinin mərkəzi küçələrini əhatı edib. Yürüş zamanı kampaniya haqqında əhaliyə məlumat verilib və tütünün zərərləri haqqında məlumat eks etdirilmiş bukletlər paylanılmışdır. Yürüş səhər sakinlərində böyük marağa səbəb olub. Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfində Velo-yürüşün təhlükəsizliyi tam təmin edilmişdir. 

Qeyd edek ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı artıq 2009-cu ildə “TÜTÜNƏ YOX!” Kampaniyasına start vermişik. Kampaniya çərçicəsində ikincili siqaret çəkmənin zərərləri haqqında seminarlar və təlimlər, Velo-yürüşlər və mədəni-kütləvi tədbirlə təşkil edir. 

tutune yox

Facebook Şərhləndirmə:

Şərhinizi yazın