Menu
Geri İrəli

Sumqayıt şəhərində yük maşınlarının gündüz hərəkəti məhdudlaşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2016 • Baxış sayı: 1,140 dəfə • Şərh yoxdur
Share Button

yuk avtomobiliSumqayıt şəhərində səhər saat 8:00-dan  axşam saat 21:00 – dək ağır çəkili avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.

sumqayitxeber.com xəbər verir ki, fiziki və hüquqi şəxslərin nəzərə çatdırılır ki, Sumqayıt şəhərinin inzibati ərazisində yük avtomobillərin hərəkətinə yalnız icazə verilmiş küçə və prospektlər üzrə axşam saat 21:00-dan səhər saat 8:00-dək icazə verilir.

Bu tipli avtomobillərin hərəkəti göstərilən saatlar üzrə tənzimlənir. Ona görə də Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi sürücülərin nəzərinə çatdırır ki, səhər saat 8:00-dan axşam saat 21:00-dək qeyd edilən avtomobillərin şəhərin inzibati ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Xahiş edilir ki, gün ərzində şəhərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin təşkili məqsədilə yük avtomobillərdən yalnız qeyd edilən vaxtda  istifadə edilsin. Əks halda yol polisi tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın