Menu
Geri İrəli

Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 755 dəfə • 1 şərh

Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu yaxınlarda dövlət büdcəsindən ayrılan vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib. Uzunluğu 7,5 kilometr olan Sahil küçəsi də yenidən qurulur. Küçə boyu səkilər çəkilir, bardürlər düzülür, suötürücülər quraşdırılır. Yol kənarında ağac və gül kolları əkilib, yaşıllıq salınıb, suvarma sistemi qurulub, müasir işıq dirəkləri və yeni dayanacaqlar quraşdırılıb. İstinad divarları aqlay daşla üzlənib.

Hazırda küçəyə asfalt döşənir. Eni 9 metr olan Sahil küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 16 metrə çatdırılıb. Yay aylarında Novxanı çimərliyinə gələnlər bu yolun ensiz olmasından daim əziyyət çəkirdi, tez-tez qəzalar baş verirdi. İndi yolun 4 zolaqlı olması bu çətinliyi aradan qaldırıb. Yol kənarındakı qamışlıqlar ləğv edilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün iki park salınıb.

Görülən işlər Novxanı–Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.

Sumqayıt şəhərinin Sahil küçəsi yenidən qurulur.

1469185644595036435_1000x669 14691856444499941359_1000x669 14691856444815753500_1000x669 1469185644104749268_1000x669

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur VİDEO” yazısına bir cavab

  1. .Enver Elovsetoqlu deyir:

    vallah billah weherimizde bu qeder canli gergin qurub yaratmaq ehvalini hec vaxt gormemiwdim , sebebkarlara ve orda caliwan hamiya Allah KOmek olsun

Şərhinizi yazın