Menu
Geri İrəli

Sumqayıt şəhərinin Prezident təqaüdçüləri haqqında kitab nəşr edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2014 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Sumqayıt şəhərinin Prezident təqaüdçüləri (2001-2013-cü illər)” adlı kitab nəşr edilib.
Sumqayıt şəhərində yaradıcı və istedadlı gənclərin geniş ictimaiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihəyə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkilati dəstək verilib.
Sumqayıt şəhərindən Azərbaycan Respublikasının Prezident təqaüdünə layiq görülmüş gənclər haqqında bu ilk nəşrin tərtibçisi və layihənin müəllifi Rüstəm Sadıqzadədir. İdeyanın və ön sözün müəllifi Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, redaktoru “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədovdur.
Kitabda əsasən 2001-2013-cü illərdə ali məktəblərə qəbul imtahanlarında, musiqi, ədəbiyyat və idman sahələrində nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidentinə layiq görülmüş 87 nəfər, həmçinin əlavə olaraq 2000-2001-ci illərdə ədəbiyyat sahəsi üzrə bu yüksək ada layiq görülmüş 2 nəfər, ümumiyyətlə, 89 nəfər sumqayıtlı gənc barədə informasiya verilib.
Bundan başqa, layihənin davamlılığını və bu qəbildən olan gənclər arasında ünsiyyətin qurulmasını təmin etmək məqsədilə Facebook sosial şəbəkəsində “Sumqayıt şəhərinin Prezident təqaüdçüləri” adlı qrup yaradılıb.kitav

Facebook Şərhləndirmə:

Şərhinizi yazın