Menu
Geri İrəli

Sumqayıt şəhidini belə qarşıladı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2016 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur

Azərbaycan ordusunun zabiti  qəhrəmancasına həlak olub. Polkovnik-leytenant Raquf Orucov dünən Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Gəncə şəhərində hərbi hospitala yerləşdirilsə də, orada dünyasını dəyişib.
Şəhidin cənazəsi gecə saatlarında yaşadığı ünvana – 14-cü məhəlləyə (Şahmat klubunun arxasındakı binaya) gətirilib.  Şəhər sakinləri şəhidin nəşini qarşılamaq üçün bir araya toplaşıb. Sumqayıt sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə qarşılayıb. Şəhidin yaşadığı binanın qarşısında böyük izdiham yaşanıb.
Qarşılamada Sumqayıt şəhər rəhbərliyi və zabitlər də iştirak edib.
Gənclər hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı əmr verərsə, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər. Azərbaycan dövlət himni oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Qarabağ, yaşasın Azərbaycan!”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan əsgəri, keç səngərdən irəli” şüarları səsləndirilib.
Sonra yüzlərlə gənc şəhərin Səməd Vurğun küçəsi boyunca Şəhidlər Xiyabanına  doğru yürüş ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğruna həlak olan igidlərimizin xatirəsi yad edilib.
Qeyd edək ki, R. Orucov bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq. 

Rəsul Məmmədov, xeberle.com

sumqayitxeber.com ŞƏHİDİMİZİN QARŞILANMA ANINDAN VİDEO GÖRÜNTÜLƏRİ TƏQDİM EDİR:

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın