Menu
Geri İrəli

Sumqayıt sələfilərinin liderlərindən olan Zöhrab Şıxəliyev : “səbirli olmağa dəvət edirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2014 • Baxış sayı: 2,799 dəfə • 2 şərh
Share Button
zohrab“Azərbaycanda var gücü ilə çalışaraq dini müstəvidə qarşıdurma yaratmaq istəyən qüvvələr var.”
Bunu  Avropa.info-ya göndərdiyi məktubunda  Sumqayıt sələfilərinin liderlərindən olan  Zöhrab Şıxəliyev  deyib. Müraciətində  Zöhrab Şıxəliyev  sələfiləri  fitnə anında səbirli olmağa çağırıb.
“Bismilləhirrahmənirrəhim!
Bu gün Azərbaycanın inkişafını gözü götürməyib bütün vasitələrdən istifadə edərək ölkədə çaxnaşma salmaq istəyən qüvvələr var. Hələ düşünsək ki, bu qüvvələr yaxşı bilirlər ki, Azərbaycan siyasi və iqtisadi arenada il-ildən gücləndikcə ən böyük dərdimiz olan Qarabağ probleminin də həlli yaxınlaşmaq üzrədir. Bu isə təbii ki, həmin qüvvələrə sərf etməyəcək qədər ciddi bir məsələdir. Azərbaycanda bütün var gücü ilə çalışaraq dini müstəvidə də qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bunların ideologiyası xaricdən gəlsə də, ölkəmizdə bu ideologiyaya xidmət edən insanlar var. Allaha şükürlər olsun ki, Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları bu istiqamətdə çox yaxşı işləyir.
Iyulun 4-də Sabirabad rayonunun mərkəzi bazarında özlərini şiə adlandıran bir qrup şəxsin qonşu rayon Kürdəmirdən ailəsini dolandırmaq üçün övladı ilə bazarlığa gələn Cavanşir Zərbəliyevi döyüb təhqir etməsi heç bir normalara sığmayan bir hərəkətdir. Onlarla insanın gözü qarşısında nümayişkəranə şəkildə döyülüb təhqir edilərək, saqqalının qırxılması kütləvi bir xuliqanlıqdır. Bu azmış kimi baş verən olayın videoya çəkilərək sosial şəbəkələrdə və youtubda paylaşması ölkədə dini zəmində stabilliyin pozulmasına hesablanmış bir addımdır. Nəzərinizə çatdırım ki, əlinə qayçı alaraq Cavanşirin saqqalını kəsmək istəyən dırnaq arası qəhrəman Rəmzi Zeynalov İran ilə sıx əlaqəsi olan birisidir. Bu şəxs mütəmadi olaraq insanların İrana Məşhəd ziyarətinə aparılması ilə məşğuldur. Bu səbəbdən də onun sələfilərə qarşı olan radikal və düşmən münasibəti başadüşüləndir. Daim İran ilə gediş gəlişi olan bu şəxsin etdiyi hərəkət ölkə dindarları və adi vətəndaşlar tərəfindən bir mənalı qarşılanmayıb. İnsanların hissiyyatı, mənəviyyatı və dini inancı ölkə Konstitutsiyası və müvafiq qanunverici orqanlar tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 4-cü bəndinə əsasən “Heç bir halda heç kəs din və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz”. Cavanşir Zərbəliyev təbiətcən sakit və əxlaqlı bir sələf qardaşımızdır. Onun döyülərək təhqir edilməsi isə bir cinayətdir. Bu isə minlərlə sələf qardaşlarımızın  hissiyyatına toxunulacaq bir hadisədir.  Ölkəmizin hüquq mühafizə orqanlarının da bu cinayəti edən Rəmzi Zeynalov və onun oradakı havadarlarının cinayət məsuliyyətinə cəlb edəcəklərinə inanırıq.
Bəzi məmurların nəzərincə Azərbaycanda namaz qılaraq ibadət edən bir müsəlman şiə deyilsə, o ya Nurçudur, ya da Vəhhabidir, ya da Xəvaricdir. Elə bu prizmadan da siyasətlərini qurub ictimaiyyətə bu formada da təlqin edirlər. Çünki onlar əhalinin maarifləndirilməsində heç bir zaman maraqlı olmayıblar və yaxşı bilirlər ki, ictimaiyyətin maarifləndirilməsi molla düşüncəli insanlara  sərf etməyəcək.  Lakin reallıq başqadır. Əhli sünnəni vəhhabi, xəvaric, nurçu adlandırmaqla onlar sadəcə ölkənin dini atmosferasını zəhərləyirlər.
Respublikanın müxtəlif bölgələrinə səfəri zamanı şiə əqidəsinə mənsub dini inanclı insanları əhli sünnəyə qarşı mübarizəyə səsləyən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxslərinin çağrışının nəticəsidir bu gün Sabirabadda baş verənlər. Rəmzi Zeynalov kimi təxribatçı insanlar layiqli cazasını almadıqca bu kimi halların digər bölgələrdə də baş verməsi qaçılmazdır. Bu isə ölkəmizdə stabilliyi pozmağa çalışanların quyusuna su tökmək deməkdir.
Biz sələfilər heç bir zaman bu kimi təxribatlara uymamışıq və daim əmin-amanlığın tərəfində olmuşuq. Bu gün də bütün sələfi qardaşlarımızı fitnələrə uymamağa, fitnə anında səbirli olmağa dəvət edirəm. İn şə Allah hüquq mühafizə orqanları bütün fitnə hallarında lazımi tədbirlər görərərk təxribat törətmək istəyən istənilən şəxsi və ya qruplaşmanı zərərsizləşdirəcəklər.”
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt sələfilərinin liderlərindən olan Zöhrab Şıxəliyev : “səbirli olmağa dəvət edirəm”” yazısına 2 cavab

  1. xədicə deyir:

    Baş verənlırə ədalətlə yanaşmağa qalsa bu deyilənlərin yalnız 30%ilə razılaşmaq olar..lakin unutmayaq ki əvvəla hadisəni törədənin hansı əqidəyə mənsub olduğu məlum deyil…..
    O ki qaldı döyülənə qarşı belə ürəkyanğısı ilə yanaşmağa…Bəs niyə Müşfiqsbadda iftar süfrəsini yığışdıran cavan şıələrə hücüm cəkillər..
    Məyər sələfilərin əqidəsində yalnız öz əqidələrində olanlara dəstək var?
    Məyər hamı müsəlman deyil?
    Məncə cox məsələlər var ki onu araşdırmaq gərək..

  2. azer deyir:

    lap az qalib özlerini sie adlandirib iran ski dvizeniya edenlerin halina .prosto bir zirt lazimdi bunlara ki qemini terk elesinler ilk saniyeden

Şərhinizi yazın