Menu
Geri İrəli

“Sumqayıt şöbəsinin binasının təmirinə 3 milyon manat pul sərf edilib” – İTTİHAM

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2015 • Baxış sayı: 836 dəfə • Şərh yoxdur

6489Ağa Fəttahov Arzu Rəhimovla bağlı Zakir Qaralova və Eldar Mahmudova müraciət etdi

 “Məni ölkə başçısı Ilham Əliyevə müraciətimdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov iclas keçirib. Iclasda bildirib ki, Ağa Fəttahov nə edirsə, öz ziyanına edir. Arzu Rəhimov deyib ki, heç kim ona bata bilməz”. Bu sözləri Istiqlal.az saytına ehtiyatda olan polkovnik-leytenant Ağa Fəttahov deyib. Xatırladaq ki, Ağa Fəttahov mayın 25-də media vasitəsilə ölkə başçısı müraciət edərək Arzu Rəhimovun ünvanına müxtəlif ittihamlar səsləndirib. Polkovnik-leytenant bəyan edib ki, Arzu Rəhimov rəhbərlik etdiyi qurumu uçuruma aparır.
Ağa Fəttahov bildirir ki, bu müraciətdən sonra Arzu Rəhimovun iclasda faktiki olaraq hədəliyici tonda danışmasını başa düşə bilmir: “Təsəvvür edin, mən Ali Baş Komandana müraciət edirəm, faktlar sadalayıram. Arzu Rəhimov bütün bunlardan narahat olub problemləri həll etməkdənsə, ona olan etimadı doğrultmaqdansa dövlətin mənafeyini hər şeydən üstün tutan, dövlətçiliyə sadiq olan bir şəxsi faktiki olaraq hədələyir. Doğrudur, mən həmin iclasın canlı şahidi olmamışam. Bunun mənə adının çəkilməsini istəməyən bir nəfər deyib. Amma hər halda mən Arzu Rəhimovun dediklərini hədə kimi qəbul edirəm. Necə yəni, Ağa Fəttahov nə edirsə, özünün ziyanına edir? Niyə Ali Baş Komandana müraciət etmək mənim ziyanıma olmalıdır?”
Ağa Fəttahov həmçinin bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya yol verilməsi barədə iddialar var: “Mənə deyirlər ki, korrupsiya faktları var. Mən ad açıqlamaq istəmirəm. Sadəcə mənə deyilənləri ictimailəşdirirəm, ona görə yox ki, hansısa qurumun, onun rəhbərinin nüfuzuna xələl gətirim. Ona görə ki, müvafiq qurumlar bu iddiaları araşdırsınlar. Bəlkə elə deyilənlər doğrudur?
Belə bir iddia var ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarananda hərbi komissarlıqlarda çalışanların əmək haqqı kartlarında pul olub. Lakin sonradan həmin pullar yoxa çıxıb. Bundan başqa iddia olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsinin binasının təmirinə 3 milyon manat pul sərf edilib. Sumqayıt şöbəsinin binası iki mərtəbəli tikilidir. Təsəvvür edin, Azadlıq prospektndə yanan 16 mərtəbəli binanın da təmirinə 3 milyon ayrılır, iki mərtəbəli xırda bir tikilinin təmirinə də. Məncə bu məsələ ciddi araşdırılmalıdır.
Daha sonra iddia olunur ki, Ağsu rayonunda Dövlət Miqrasiya Xidmətinin balansında olan bina qeyri-qanuni olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansına verilib. Onun da təmirinə 7 milyon ayrılıb.
Bütün tikintiləri Arzu Rəhimovun yaxın adamları aparır.
Bu yaxınlarda Qəbələdə atçılıq meydanı tikməyə hazırlaşırlar.
Bəzi iddialara görə, bu yaxınlarda Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparıb. Nəticədə korrupsiya faktları aşkarlanıb. Lakin nədənsə bu barədə ictimaiyyətə məlumat verilmir. Bəlkə də bu iddialar əsassızdır. Əsassızdırsa belə, bunu desinlər”.
Ağa Fəttahov Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək onlardan baş verənləri araşdırmağı xahiş edir: “Arzu Rəhimov rəhbərlik etdiyi qurumu uçuruma aparır. Əgər siz Ali Baş Komandana sadiqsinizsə bu faktları yoxlayın. Mənim dövlətə, millətə sadiqliyimi isə tərcümeyi-halım sübut edir. Mən 1963-cü ildə Bakı şəhərində anadan olmuşam. 1984-cü ildə Bakı Hərbi Ali Məktəbini bitirmişəm. 1984-cü ildən – 1991-ci ilə  qədər SSRI ordusunda, Ukrayna, Əfqanıstan, Leninakan və Lənkəranda hərbi qulluq keçmişəm. Əfqanıstandakı xidmətimə görə ”Qırmızı ulduz” ordeni ilə təltif olunmuşam. 1991-ci ildən Azərbaycan Ordusunda xidmət etmişəm. Azərbaycanın bütövlüyü uğrunda döyüşlərin fəal iştirakçısı olmuşam. Şuşa, Laçın, Ağdam, Füzuli, Tərtər və Naxçıvanda döyüşmüşəm. 1992-ci ilin mart ayında müdafiə nazirinin əmrilə vaxtından əvvəl mayor rütbəsi almışam. 1995-ci ildə dövlət çevrilişin qarşısının alınmasında iştirak etmişəm. Həmin ildən 2012-ci ilə qədər Şuşa, Xocalı, Lerik və Tovuz rayonlarının hərbi komissarı vəzifəsində çalışmışam”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın