Menu
Geri İrəli

Sumqayıt stadionunun projektoru aşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2011 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda xoşagəlməz olay baş verib.

Qol.Az-ın məlumatına görə, stadionun projektoru aşıb. 120 metr uzunluğu, 100 ton çəkisi olan nəhəng qurğu yayda əhalinin sıx olduğu parka aşıb. Xoşbəxtlikdən hadisə qışda axşam saatlarında baş verib. Əks halda böyük faciə yaşana bilərdi.

Məlumata görə, hadisəyə güclü külək səbəb olub.

Görəsən, heç olmasa bu hadisədən sonra aidiyatı qurumlar anlayacaq ki, Sumqayıt stadionu əsl təhlükə mənbəyidir və əsaslı təmirə ehtiyacı var? QOL.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın