Menu
Geri İrəli

Sumqayıt sutəmizləyici qurğular kompleksinin birinci növbəsi işə salınmışdır

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2010 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

1271930879_su_krant_475576182“Azərsu” Səhmdar Cəmiyyəti (SC) Sumqayıtda məişət-çirkab sularının təmizləyici qurğular kompleksinin birinci növbəsini işə salmışdır.
İndiyədək şəhərin kanalizasiya suları təmizlənmədən dənizə axıdıldığı üçün bu qurğu Xəzərin ekoloji təmizliyinə böyük töhfə olacaqdır.
SC-nin sifarişi ilə ABŞ-ın “American Enviro Care” şirkəti tərəfindən layihələşdirilmiş qurğu həm müasirliyi, həm də etibarlılığı ilə fərqlənir. Texnologiyaya əsasən, şəhərin çirkab suları xüsusi kameraya qəbul olunduqdan sonra iri cisimlərdən təmizlənir. Bərk cisimlər aqreqatlarla əzilir, qalıqlar isə nasoslarla kənara vurulur və daşınır. Bundan sonra suyun bioloji təmizlənməsi prosesi gedir.
Bütün bu proseslərin ardıcıl aparılması üçün qurğuda ən müasir avadanlıq quraşdırılmış, yeni sexlər və yardımçı sahələr tikilmişdir. Standartlara uyğun təmizlənmiş su dənizə ən yeni texnologiya əsasında axıdılacaqdır. Bunun üçün qurğudan dənizə boru xətti çəkilmişdir.
Kompleks tamamilə işə düşdükdən sonra təkcə Sumqayıtın deyil, ətraf yaşayış məntəqələrinin də çirkab suları burada təmizlənəcəkdir.

AzərTAc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın