Menu
Geri İrəli

Sumqayıt Təhsilə Dəstək Mərkəzinin açılışı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2012 • Baxış sayı: 149 dəfə • Şərh yoxdur

 Martın 1-də  “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Sumqayıt Təhsilə Dəstək Mərkəzinin açılışı keçiriləcək.

Sumqayıt şəhəri 11 saylı orta məktəbin ərazisində yerləşən Sumqayıt Təhsilə Dəstək Mərkəzinin bu tədbirində şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət və QHT nümayəndələrinin iştirakı nəzərdə tutulub.  Tədbir iştirakçılarının Mərkəzdə uşaqların təhsil səviyyələrinin yüksəldilməsi, təhsil hüquqlarının qorunması üçün təşkil olunmuş xidmətlərlə yaxından tanış olmaq imkanları olacaq.

Xatırladaq ki, SOS Uşaq kəndlərinin  missiyası valideyn himayəsindən məhrum  uşaqları ailə əsaslı qayğı ilə əhatə etməkdir. Dövlətin fəal iştirakı, diğər donorlar və fərdi xeyriyyəçilərin  də dəstəyi ilə  Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndlərində 170 uşağa ailə mühiti yaradılıb. Bundan əlavə, Assosiasiyanın 10-a yaxın müxtəlif sosial layihələri çərçivəsində il ərzində minlərlərlə uşaq müxtəlif yardımlardan faydalanır.

Qeyd edək ki, tədbir 13:oo-da  Sumqayıt şəhəri 11 saylı orta məktəbdə keçiriləcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın