Menu
Geri İrəli

Sumqayıt Təlim Tədris Mərkəzində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 124 dəfə • Şərh yoxdur
Sentyabrın 17-də ARDNŞ-in Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin SumqayıtTəlim Tədris Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirildi.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-in Təlim Tədris və Sertifikat­laşdırma İdarə­sinin rəisi Fuad Sü­leymanov STTM-in yüksək ixti­saslı, nəzəri tədris mütəxəssisləri olan səriştəli müəl­lim və istehsalat təlimi ustalarını yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, şagirdlərədərslərində və «Azərikimya»nın müəssisələrində vaxtaşırı keçəcəkləri isteh­salat təcrübələrində uğurlar arzuladılar.
Qeyd edək ki, Sumqayıtda peşə ixtisasları üzrə müasir standartlara cavab verəcək şəkildə yaradılmış, geniş və ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili üzrə tədris vasitələri və mütərəqqi texniki avadanlıqlarla təchiz edilmiş Təlim Tədris Mərkəzində ötən il müxtəlif peşələr üzrə yüksək dərəcəli fəhlə ixtisaslarına yiyələnən 100 nəfər gənc artıq «Azərikimya» İB-nın müəssisələrində daimi işlə təmin olunaraq müvəffə­qiyyətlə çalışırlar.
Bu il isə ehtiyac duyulan müxtəlif peşələr – aparatçı, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti, təmirçi-çilingər və elektrik-qaz qaynaqçısı üzrə öz bilik və bacarığını nümayiş etdirərək test imtahanından müvəffəqiy­yətlə keçmiş gənclər 10 ay ərzində bu təhsil ocağının imkan­larından bəhrələnəcəkdir. Mərkəzdə təhsil alan gənclər təhsil boyunca fərdi geyim, xüsusi mühafizə vasitələri, gündə bir dəfə pulsuz yemək və aylıq təqaüdlə təmin olunacaqlar.
Tədbirdə şagirdlər və onların valideynləri çıxış edərək, ixtisaslı fəhlə kadrların yetişdirilməsi üçün yaradılmış əlverişli şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda qəbul imtahanında yüksək bal toplamış şagirdlərə vəsiqələr təqdim edilmiş, rəmzi olaraq çalınan ilk zəngin sədaları altında şagirdlərin auditoriyalara daxil olması ilə tədris ilinə rəsmi start verilmişdir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın