Menu
Geri İrəli

Sumqayıt Teatrı əvvəl və indi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2016 • Baxış sayı: 1,084 dəfə • 4 şərh

sumqayitxeber.com Sumqayıt Teatrının təmirdən əvvəlki və indiki görüntülərini təqdim edir:

teatr-esas zal foye foye4kalodor3 konfrans otaq otaq-4 pilleken qapi3
Qeyd edək ki, bina 1956-ci ildə istifadəyə verilib. Burada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.

Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

Facebook Şərhləndirmə:

“Sumqayıt Teatrı əvvəl və indi – FOTOLAR” yazısına 4 cavab

  1. Sevinc deyir:

    Super! Oten il olmusdum teatrda bele deyildi. İndi qaldi yaxsi tamasalar gostermek

  2. Tehmine deyir:

    Evveller yaxsi teatr aksiyalari olurdu, genclerle gelib baxirdiq. Yene ele olsa yaxsi olardi. Cox gozel olmus. Eziyyet cekenlere tesekkurler

  3. Yasar deyir:

    Zakir muellimin en gozel islerinden biri mehz Teatrin Binasinin temir olunmasi oldu. Sumqayitimiza layiq bir teatr olub. Aktyorlar seyle calismalidirlar ki bu gozelliye layiq tamasalar oynasinlar. EHSEN!

  4. Puste deyir:

    Gözəldir. Teatr seozunu başlayıb yaxşı olar ki tamaşalar olsun gələk baxaq. Bir də buranı yaxşı qorumaq lazımdır, tamaşaçıar dağıtmasın görülən işləri.

Şərhinizi yazın