Menu
Geri İrəli

Sumqayıt Teatrı təmirə dayanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

Teatrın binası köhnəlib. Tavan və divarlarda xeyli çatlar yaranıb. Texniki avadanlıqların da yenilənməsinə böyük ehtiyac var.

 Teatrın mətbuat xidmətinin rəhbəri İsrafil Hüseynovun sözlərinə görə, artıq teatrın təmir olunacağı barədə qərar verilib. Yaxın zamanlarda teatrda təmir işləri başlayacaq.   Teatrın tamaşaçı sarıdan isə problemi yoxdur:

-Tamaşalarımız anşlaqla keçir. Bakıdan da tez-tez qonaqlarımız olur. Biz mütəmadi olaraq məktəblilərdə, tələbələrdə teatra maraq oyatmağa çalışırıq. Tələbələrdən ibarət həvəskar aktyor truppası da yaratmışıq. Onlar dərsdən sonra, boş qalan vaxtlarını gəlib burda məşq edirlər. Ancaq yenə də istərdik ki, tamaşalarımıza cavanlarla bərabər,  yaşlı və orta nəsilin nümayəndələri də çox gəlsin.

Truppa bu mövsümdə yeni tamaşalar üzərində işləyir. Yaxın günlərdə teatrsevərlərə  “Kitabi-Dədə Qorqud” dastanın motivləri əsasında İradə

Gözəlovanın səhnələşdirdiyi “Dədə Qorqud”  pyesi təqdim olunacaq. Tamaşada İlqar İbrahimov, Mövsüm Hüseynov, İlahə Səfərova, Oktay Mehdiyev, Habil Xanlarov, Fəranə Musayeva və Vəfa Qurbanova oynayırlar. Kollektiv həm də Türkiyə və Ukraynada keçiriləcək  festivallara hazırlaşır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın