Menu
Geri İrəli

Sumqayıt teatrı yeni mövsümü “Ocaq” dramı ilə açıb

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur
Share Button

Sentyabrın 27-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 49-cu mövsümünü açıb.

AZƏRTAC xəbər verir ki, türk yazıçısı Turqut Özakmanın “Ocaq” adlı psixoloji dramı əsasında səhnələşdirilən yeni tamaşa maraqla qarşılanıb. Yeni səhnə əsərinin ilk təqdimatını şəhər rəhbərliyi və teatrsevərlər izləyib.

Rejissor Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapan tamaşada bir ailənin iztirabı kontekstində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə təqdim olunub.

Tamaşada rol alan Əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev psixoloji nüansları, zəngin obrazları məharətlə oynayıblar.

DSC_0056 DSC_0058 DSC_0068 DSC_0009 DSC_0036 DSC_0041 DSC_0051

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın