Menu
Geri İrəli

Sumqayıt Teatrında xarici rejissorların quruluşunda yeni tamaşalar

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 20 Noyabr 2014 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur
Share Button

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Bolqarıstan və Ukraynadan gəlmiş rejissorların quruluşunda iki yeni tamaşanın məşqlərinə başlanılıb.Bolqarıstan və Ukraynadan olan rejissorlar- Hristo Stoyçevlə Arkadiy Neputaliuk Sumqayıta teatr rəhbərinin dəvəti ilə gəliblər.Teatrdan AzərTAc-a bildirilib ki, Hristo Stoyçev Bolqarıstanın Kardjaliy şəhərinin “Dimitov Dimov” and “Kadrie Latifova” teatrının baş rejissorudur. Budəfəki səfərini Sumqayıt teatrının kollektivi ilə yaxından tanışlığa həsr edən rejissor 2015-ci ilin mayında təkrar Sumqayıta gələrək teatrın səhnəsində Şekspirin “Otello” faciəsini səhnələşdirəcək. Hazırda teatrda gərgin məşqləri gedən yeni tamaşanı ukraynalı rejissor Arkadiy Neputaliuk hazırlayır. Tamaşa N. Qoqolun “Ölü canlar” əsərinin motivləri əsasında səhnələşdirilir və “Çiçkovun sərgüzəştləri” adı ilə səhnəyə qoyulacaq. Noyabrın sonunadək hazır olacağı gözlənilən tamaşaya sumqayıtlılar dekabrın əvvəlində baxa biləcəklər.

1391516737_sumqayit

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın