Menu
Geri İrəli

Sumqayıt teatrında yeni tamaşanın daxili baxışı keçirildi

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Noyabr 2015 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Dram teatrında Qrimm qardaşlarının nağılları əsasında Vasif Məmmədovun səhnələşdirdiyi tamaşasının daxili baxışı keçirildi. Tamaşanın sujet xəttində ədalətsizliyə qarşı ağılla mübarizə və qəti qələbə dayanır. Belə ki uzaq bir ölkədə vəhşi məxluqların tutduğu divanın qarşısında hər kəs acizdir. Yalnız cəsarətli gənc dərzi öz ağlı ilə insanları bu bəladan qurtara bilir. Tamaşanın quruluşcu rejissoru Vasif Məmmədovdur. Rollarda əməkdar artist Ulduzə Nəsir, aktyorlar İlqar İbrahimov, İlham Səfərli, İlahə Səfərova və çıxış edirlər. Habelə teatrın nəznində fəaliyyət göstərən aktyor studiyasının üzvləri də epizodik rollara qatılıblar. Daxili baxışdan sonra keçirilən müzakirədə direktor İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist İzaməddin Bağırov, Fəranə Musayeva, baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev çıxış etdilər.

Ümumilikdə bu nağıl-tamaşanın sumqayıtlı uşaqlara maraqlı hədiyyə olacağı bildirildi, həmçinin qüsurlar da dilə gətirildi. Çatışmayan cəhətlərin düzəldilməsi quruluşçu rejissora tövsiyyə olundu.

Xatırladırıq ki, 6 noyabr tarixində tamaşanın premyerası keçiriləcək.

DSC_0668 DSC_0676

Facebook Şərhləndirmə:

Şərhinizi yazın