Menu
Geri İrəli

Sumqayıt Təhsil şöbəsinin müdiri: “Məktəb direktorunun səlahiyyəti var ki, məktəbə başdan-başa kamera quraşdırsın”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2015 • Baxış sayı: 703 dəfə • Şərh yoxdur

vaqifMətbuatda Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Bəhruz Səlimxanovun işçilərin fəaliyyətini izləmək üçün müəllimlər otağına qanunsuz olaraq gizli kameralar quraşdırması barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, direktor kameralar vasitəsilə müəllimləri izləyir.

Sumqayıt Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov Publika.az-a açıqlamasında 9 saylı məktəb barədə onlara şikayət daxil olmadığını bildirib. Lakin o, iddiaların araşdırılacağını deyib:

“Həmin məktəbin direktorunun təhsili barədə dəqiq məlumatım yoxdur. Məktəblərimizdə 6 mindən çox insan çalışır, onların hamısının təhsili barədə dəqiq məlumatım olmaya bilər. Bunu araşdırmaq lazımdır. Bizə məktəblərlə bağlı şikayətlər olanda, araşdırırıq. Bu iddialara gəldikdə isə məktəbdə araşdırma apardıqdan sonra fikir söyləmək mümkündür”.

Məktəbdə kamera quraşdırılmasına gəldikdə, şöbə müdiri direktorun istədiyi yerdə kamera quraşdırmaq səlahiyyətinin olduğunu deyib:

“Məktəb direktorunun səlahiyyəti var ki, məktəbə başdan-başa kamera quraşdırsın. Kameranın gizli quraşdırılması barədə araşdırma aparmadan heç bir fikir deyə bilmərəm. Müəllimin dərs prosesini izləmək üçün sinif otaqlarına da kamera quraşdırıla bilər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın