Menu
Geri İrəli

Sumqayıt Telekommunikasiya Şəbəkəsi müasir NGN sisteminə keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2010 • Baxış sayı: 245 dəfə • Şərh yoxdur

ngn1Artıq şəhər üzrə tutumu 55980 olan nömrələrin hamısı NGN olacaq. Bununla da şəhərin bütün telekommunikasiya şəbəkəsi elektron rabitə sistemi ilə işləyəcək.

Şəhərdə yeddi ATS fəaliyyət göstərir. NGN-ə keçməzdən əvvəl Sumqayıtın telekommunikasiya xidmətinin yalnız 46 faizi elektron sistem formatında işləyirdi. Yeni şəbəkə isə tam elektron iş sistemində fəaliyyət göstərəcək.

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Sumqayıt Telekommunikasiya Qovşağında aparılmış işlərlə yaxından tanış olub.

NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.

ngn2 ngn3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın