Menu
Geri İrəli

Sumqayıt televiziyasına qarşı oğurluq iddiası – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 763 dəfə • Şərh yoxdur

35e62a6221135ca24432b850645190b6Xaçmazda yayımlanan RTV  (Region TV) verilişinin başqa televiziya tərəfindən mənimsənilməsi ilə bağlı məlumat yayıb.Lent.az-a daxil olan məlumatda bildirilir ki, Sumqayıtda yayımlanan “Dünya” TV RTV-nin 5 mövsüm efirdə yayımlanmış məşhur “Unudulmayan ifalar” verilişinin adını, RTV tərəfindən hazırlanan videobaşlıqları, hətta RTV əməkdaşları tərəfindən səsləndirilmiş hazır materialları da özününküləşdirərək efirdə yayımlayır: “ DTV-nin atdığı bu addım nəinki peşəkarlıq, hətta heç bir etik kriteriyaya sığmır. RTV-nin “Unudulmayan ifalar” verilişi ötən mövsüm “Azerspace-1” peyki vasitəsilə yayımlanan Region TV-nin efirində tamaşaçılara təqdim olunub. Verilişdə bütün gücünü Azərbaycan incəsənətinə sərf etməklə xalqına sevdirən, tanıdan 200-dən artıq incəsənət fədaisinin həyat və yaradıcılığına işıq salınıb. Hazırda isə “Unudulmayan ifalar” verilişi təhrif olunaraq həftənin bazar ertələri DTV-də yayımlanır. Müqayisə üçün RTV-nin “Unudulmayan ifalar” verilişinin xalq artisti Mobil Əhmədovun yaradıcılığına həsr olunmuş sayı ilə eyni verilişinin sözügedən kanal tərəfindən təhrif olunmuş formasını təqdim edirik”.

https://www.youtube.com/watch?v=MU7l_AeobK0

https://www.youtube.com/watch?v=hHNUuV57qD8

  Lent.az məsələ ilə bağlı DTV ilə əlaqə saxlayıb. Telekanalın prezidenti Ramiz Hüseynov həmkarlarının yaydığı məlumatı əsassız adlandırıb. DTV-də yayımlanan eyniadlı proqramın aparıcısı Samir Bayramlı da deyilənlərlə razılaşmayıb: “Biz artıq 3 ildir ki, dünyasını dəyişmiş korifeylər haqqında bu verilişləri hazırlayırıq. Bu verilişin çəkilməsinin ideyası da özümüzə məxsusdur. Bəzən dünyasını dəyişmiş sənətkarlar haqqında geniş danışa bilən şəxsləri tapa bilməyəndə arxiv materiallarından istifadə edirik. Çalışırıq ki, yaxşı veriliş ərsəyə gətirək. Hansısa kanal peykə çıxandan sonra hər hansı verilişin sırf ona məxsus olduğunu düşünür, halbuki bəzi verilişləri region kanalları daha əvvəldən yayımlamağa başlayıb”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın