Menu
Geri İrəli

Sumqayıt tennisçilərinə bayram hədiyyəsi – VİDEO (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2017 • Baxış sayı: 746 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksi fəaliyyətə başlayıb. Martın 18-də idman kompleksinə baxış keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, iqtisadiyyat naziri Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Müasir idman kompleksi yüksək səviyyəli idmançıların, milli yığma komanda üzvlərinin hazırlanması, müxtəlif yaş qrupları arasında respublika və beynəlxalq səviyyəli təlim-məşq toplantılarının və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleksə ixtisaslaşdırılmış stolüstü tennis zalı, 2 müasir süni örtülü mini futbol meydançası və inzibati bina daxildir. Binada 6 soyunub-geyinmə otağı, 4 yuyunma otağı, istirahət otaqları və kafe var.

Stolüstü tennis zalında hər biri 2 saat olmaqla, 4 məşq keçirilə bilər. Məşq prosesi üçün zalda 25-ə qədər tennis stolu yerləşdirmək mümkündür ki, bu da bir məşqçiyə 50 yeniyetmə idmançı ilə məşq etmək imkanı yaradır. Ümumilikdə gün ərzində 200-dən çox tennisçi kompleksdən istifadə edə bilər. Bununla yanaşı, müasir standartlara cavab verən 2 mini futbol meydançası idmançıların istifadəsinə verilib.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis üzrə yığma komandası hər il Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış edir, ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirirlər. İdmançılarımız 2015-ci ildə beynəlxalq turnirlərdə 3 qızıl, 2 gümüş və 3 bürünc medal, 2016-cı ildə beynəlxalq yarış və çempionatlarda 2 gümüş və 3 bürünc medal, 2017-ci ilin fevral ayında beynəlxalq yarış və çempionatlarda isə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Azərbaycanda stolüstü tennisin inkişafı istiqamətində görülən işlər nəticəsində dünya üzrə komanda reytinqində qadınlardan ibarət komandamız 2017-ci ildə 39 pillə irəliləyərək 43-cü, yeniyetmə qızlardan ibarət komandamız 56 pillə irəliləyərək 14-cü yerə yüksəlib. Oğlanlardan ibarət komandamız 64-cü (26 pillə irəliləyib), yeniyetmə oğlanlardan ibarət komandamız isə 13-cü (75 pillə irəliləyib) yerdə qərarlaşıb.

İstifadəyə verilən Stolüstü Tennis Federasiyasının İdman Kompleksi stolüstü tennisin kütləviliyinin, uşaq və gənclərin idmana marağının artırılmasında, asudə vaxtın səmərəli təşkilində və sağlamlığın daha da möhkəmlənməsində və ümumilikdə, idmanın inkişafında əhəmiyyətli rol oynayacaq.

DSC_0508

DSC_0482

 

 

 

DSC_0473

DSC_0002

DSC_0394 DSC_0442 DSC_0464
DSC_0478
DSC_0498 dsc_0004
14898516231133111730_1000x669

14898516231999112989_1000x669

14898516233929462433_1000x669

DSC_0001

DSC_0003

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın