Menu
Geri İrəli

Sumqayıt təşkilatı Gəncədə velo-yürüş təşkil etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 847 dəfə • Şərh yoxdur

sdu-yarmarka36“Sağlam Düşüncə” Gənclər Təşkilatı 31 may Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı may ayının 1-dən, 31-dək “Tütünsüz Ay” elan keçirir. Kampaniya ilə əlaqədar olaraq, ikincili siqaret çəkmənin və tütünün zərərləri haqqında təlimlər, seminarlar, bədii film nümayişləri, məlumtlandırıcı görüşlər, velo-yürüşlər, flaş-moblarının təşkili planlaşdırılır.

Layihə çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı Yaşıl Velosipedçilər Klubu ilə birgə Sumqayıt, Gəncə və Bakı şəhərlərində Velo-yürüşlər təşkil edir. Yürüş iştirakçıları “01-31 may – Tütünsüz ay” şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ edirlər. Eyni zamanda velo-yürüş iştirakçıları toplanma məntəqələrində tütünün zərərləri haqqında məlumat vərəqələri və bukletlər paylayırlar.

“Tütünsüz ay” çərçivəsində növbəti velo-tur may ayının 24-də Gəncə şəhərində baş tutub. Velo-yürüş Gəncə şəhər meydanından başlayıb, son dayanacaq “Xan Bağı” olub. Velosipedçilər marşrut üzrə şəhərin müxtəlif yerlərində olublar və şəhər əhalisinə tütünün zərərlərindən bəhs edən broşürlar paylayıblar. Növbəti velo-yürüşlər may ayının 31 may – Ümümdünya Tütünlə Mübarizə Günündə Bakı şəhərində təşkil ediləcək.

Kampaniyanın məqsədi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikirin formalaşdırılması və passiv (ikincili) siqaret çəkmənin və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsidir.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı 2009-cu ildən “TÜTÜNƏ YOX!” maarifləndirmə Kampaniyasına start verib. Kampaniyanın məqsədi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikirin formalaşdırılması və passiv (ikincili) siqaret çəkmənin və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsidir. Kampaniya silsilə tədbirlər və layihlər təşkil edilib.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Tütünlə Mübarizə Koalisiyasinın daimi üzvüdür.

Kampaniyanın Tərəfdaşları:

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

“Təbiət Dostları” Gənclər İctimai Birliyi

Yaşıl Velosipedçilər Klubu

Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamenti

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası

Facebook Şərhləndirmə:

Şərhinizi yazın