Menu
Geri İrəli

Sumqayıt Texnologiya Parkında kütləvi ixtisarlar

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 641 dəfə • 1 şərh

1STP

Sumqayıt Texnologiya Parkının (STP) rəhbərliyi öz əməkdaşlarını haqqı ödənilməyən məcburi məzuniyyətə göndərməyə hazırlaşır.

Bu məlumatı virtualaz.org saytına STP əməkdaşları verib.

Onların sözlərinə görə, bir müddətdir ki, müəssisədə maliyyə problemləri yaşanmağa başlayıb, maaşların gecikdirilməsi artıq xroniki hal alıb:

“İndi noyabr ayıdır. Bizsə sonuncu dəfə avqust ayında maaş almışıq. Onda da məvaciblərin hamısı verilməyib”.

Məlumata görə, STP rəhbərliyi ştat üzrə işçilərin müəyyən hissəsini çoxdan ixtisara salıb. Amma bu da yerdə qalan işçilərin problemlərinin həllinə kömək etməyib.

Sayt bu deyilənlərə aydınlıq gətirmək üçün STP-nin ictimaiyyətlə əlaqələr mərkəzi ilə əlaqə saxlayıb.

Qurumun əməkdaşı Mehman İsgəndərov bildirib ki, işçilərin söylədikləri barədə rəsmi məlumata malik deyil:

“Yalnız onu deyə bilərəm ki, müəssisə heç kimi məcburi məzuniyyətə göndərməyəcək. Ölkədə iqtisadi böhran müşahidə olunur. Ona görə də bazarda da tələbat azalıb. STP-da elə sahələr var ki, orada istehsal səviyyəsinin aşağı düşməsi bəzi ixtisaslara ehtiyacı aradan qaldırıb. Ona görə də bəzi işçilərlə əmək müqaviləsinin müddəti uzadılmayacaq”.

Bununla belə M.İsgəndərov məhz hansı işçilərlə əmək müqaviləsinin uzadılmayacağını dəqiqləşdirmədi.

Facebook Şərhləndirmə:

“Sumqayıt Texnologiya Parkında kütləvi ixtisarlar” yazısına bir cavab

  1. Huseynov Gunduz deyir:

    Bu zavodda veziyyet beledirde.Her sexde fehlleleri cixarib 2savadsiz rəisləri saxlayirlar.ona gorede bu zavod bu gundedi.onlardan biri tes1 reisidi.STP MMC-də bu dəqiqə fehleden cox rəis var.Sexler islemirse bu reisler kime lazimdir.Hazir oturub haram pullar alirlar.Ən zəif rəisin maaşı 1300 manatdır

Şərhinizi yazın