Menu
Geri İrəli

Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun zavodları arasında əlaqələr qurulması müzakirə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2013 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

belarusİqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Belarusun sənaye naziri Dmitri Kateriniç ilə görüşüb.

Gün.Az-ın verdiyi xəbərə görə, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Belarusun sənaye naziri Dmitri Kateriniç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığına böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini deyib.

Görüşdə Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Gəncə Avtomobil Zavodu ilə Belarusun Minsk Traktor Zavodu və Avtomobil Zavodu arasında əlaqələrin uğurla davam etdiyi və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun adıçəkilən zavodları arasında kooperasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə edilib.

Nərmin Rəhimova
Gün.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın