Menu
Geri İrəli

Sumqayıt Texnologiyalar Parkının rəhbəri dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Mart 2017 • Baxış sayı: 661 dəfə • Şərh yoxdur

1STPAzərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2009-cu il dekabr ayının 22-də istismara verilmiş ən iri vergi ödəyicilərindən biri olan və ölkəmizin iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib. “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub.

Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində çalışır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın