Menu
Geri İrəli

Sumqayıt Texnoloji Parkı nazirliyə birləşdiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2012 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

Yaxın illərdə Azərbaycanda bəzi nazirlik, iri dövlət komitələri, dövlətin nəzarətində olan cəmiyyətlərin ləğvi və ya birləşdirilməsi zərurəti yaranıb.

Etibarlı mənbələrdən Publika.Az-a daxil olan məlumata görə, ən böyük islahatlar ölkənin sənaye və energetika sahəsində gözlənilir. Məlumatda bildirilir ki, gələcəkdə Azərbaycanın neft sektorundan asılılığını aradan qaldırmaq üçün çoxsaylı dövlət proqramları, layihələr həyata keçiriləcək.

Həmin layihələr arasında sənaye zonalarının yaradılması, ölkənin enerji istehsalını daha da (dəfələrlə) artırması hədəfə alınıb.

Mənbə bildirir ki, bu işlər vahid mərkəzdən idarə olunur və yaxın vaxtlarda “Azərenerji”nin Sənayə və Energetika Nazirliyinin tabeliyinə verilməsi gündəmə gəlib. Bundan başqa Sumqayıt ətrafında çoxlu zavod və istehsalat sahələrini özündə birləşdirən Sumqayıt Texnoloji Parkı (STP) da nazirliyə birləşdiriləcək.

Daha da böyümüş Sənaye və Evergetika Nazirliyinə kimin rəhbərlik edəcəyi isə hələlik dəqiq bilinmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın